Naxçıvanda qatı duman: yollarda çətinliklər yarandı

Naxçıvan şəhərində səhər saatlarından qatı duman müşahidə olunur.

Sozcu.az Report-a istinadla xəbər verir ki, duman görmə məsafəsini məhdudlaşdırdığı üçün avtomobil və piyadaların hərəkətində çətinliklər yaradır.

Mövcud hava şəraiti yol hərəkəti iştirakçıları üçün gediş-gəliş zamanı nişanlara uyğun daha diqqətli və məsuliyyətli olmağı zəruri edir.

Share on Facebook