Şok: Rusiyanın bu şəhəri ələ keçirildi

Rusiya Könüllülər Korpusunun döyüşçüləri və zirehli texnikası “Rusiyaya Azadlıq” legionu ilə birlikdə Belqoroda daxil olub. Sozcu.az xəbər verir ki, bununla bağlı Ukrayna Teleqram kanalları görüntü paylaşıb. “Legion və Rusiya Könüllülər Korpusu Belqorod vilayətindəki Kozinka keçid məntəqəsini tamamilə azad edib. Ön dəstələr Qrayvoron şəhərinə daxil olublar. İrəli gedirik”, - “Rusiyaya Azadlıq” legionunun yaydığı məlumatda bildirilib. Qeyd edək ki, bir neçə saat əvvəl də Ukrayna ordusunun Belqoroda daxil olduğu və sərhəd postunu ələ keçirdiyi haqqında görüntü və məlumat yayılıb.

Qoca Səmədovun vəziyyəti yenidən pisləşib, müalicə müəssisəsinə yerləşdirilib

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib. APA-nın əldə etdiyi xəbərə görə, o, bu günlərdə cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb. Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya təsdiq edib: “Üç gündür təzyiqi 40/60 aralığında dəyişir. Hazırda müalicənin xəstəxanada davam etdirilməsi üçün çalışırıq”. Qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub. Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.

453-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 453-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 203 880 hərbçi, 3785 ədəd tank, 7407 ədəd zirehli döyüş maşını, 3278 ədəd artilleriya sistemi, 565 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 327 hava hücumundan müdafiə sistemi, 309 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6129 ədəd avtomobil texnikası, 2830 ədəd PUA, 1011 qanadlı raket, 18 gəmi/qayıq, 427 xüsusi avadanlıq itirib.

Berdyanskda rusların qərargahı məhv edildi

Ukrayna ordusu rus ordusunun Berdyansk şəhərində yerləşən qərargahını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən məlumat verilib. “Düşmənin itkisi dəqiqləşdirilir”, - məlumatda qeyd olununb. Berdyanska Britaniyanın “Storm Shadow” raketlərinin atıldığı bildirilir.

Rusiyanın itkiləri 204 minə yaxınlaşır

Ukrayna müharibənin 452-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 203 160 hərbçi, 3783 ədəd tank, 7398 ədəd zirehli döyüş maşını, 3258 ədəd artilleriya sistemi, 564 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 327 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6115 ədəd avtomobil texnikası, 2822 ədəd PUA, 1011 qanadlı raket, 18 gəmi/qayıq, 425 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu ötən gecə Rusiyanın 20 “Shahed”ini məhv edib

Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 20 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib. Sozcu.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib. Həmçinin Rusiya ordusunun “Merlin-VR” kəşfiyyat aparatı da vurulub. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Kollegiya sədri: "Azərbaycanda hələ də yetkinlik yaşına çatmayanların evliliyinə rast gəlinir”

"Azərbaycanda hələ də yetkinlik yaşına çatmayanların evliliyinə rast gəlinir. Bu hal cəmiyyət tərəfindən ciddi qınağa səbəb olsa da, təəssüf ki davam etməkdədir”. Sozcu.az-ın xəbərinə görə, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib. O xatırladıb ki, Ailə Məcəlləsinə əsasən, nikah nikah yaşına çatmış kişi ilə qadının könüllü ittifaqıdır: “Lakin qeyd edilən prinsipə zidd olaraq və dövlətimizin erkən nikahla mübarizə sahəsində apardığı siyasətə baxmayaraq, ölkəmizdə hələ də, yetkinlik yaşına çatmayanların evliliyinə rast gəlinir. Bu hal cəmiyyət tərəfindən ciddi qınağa səbəb olsa da, təəssüf ki davam etməkdədir. Erkən nikahlar sağlamlığın qorunması, təhsil, əmək və şəxsi toxunulmazlıq hüquqları kimi insan hüquqlarının pozulmasına səbəb olur. Beynəlxalq hüquq cəmiyyətində, erkən nikahın hətta, köləliyin bir forması kimi tanınması tələb olunur. Qeyd edilən problemin effektiv şəkildə qarşısının alınması üçün vətəndaşların müəyyən təbəqəsinin hüquqi düşüncəsi dəyişməli və bunun üçün hüquqi maarifləndirmə işləri gücləndirilməlidir”.

Ali Məhkəmə: Dövlət rüsumu tam ödənilmədən verilən şikayətlər geri qaytarılmalıdır

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 18 may tarixli qərardadında müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilmədiyinə görə, kassasiya şikayətinin qaytarılması nəticəsində kassatorun məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması məsələsinə aydınlıq gətirilib. Bu barədə Ali Məhkəmənin Mətbuat xidmətindən məlumat verilib. Ali Məhkəmə araşdırmanı apararkən Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Böyük Palatasının Zubac Xorvatiyaya qarşı iş üzrə qərarına istinad edərək, həmçinin öz məhkəmə təcrübəsini yenidən nəzərdən keçirib. Məhkəmə kollegiyası qeyd edib ki, Ali Məhkəmənin qərarında hüquqi müəyyənlik və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsi təmin edilməlidir. Ali Məhkəmənin yurisdiksiyasına toxunan məsələ üzrə icraat zamanı ərizəçi və apellyasiya instansiyası məhkəməsi tərəfindən yanlış prosessual addıma yol verildikdə, Ali Məhkəmə Qanunun Aliliyini bərpa etməlidir. Bununla da, ədalət mühakiməsinin həyata keçirilməsində səmərəlilik prinsipi dəstəklənilməli və belə şəraitdə, apriori, heç bir həddindən artıq formalizmdən söhbət gedə bilməz. Qanunun Aliliyi demokratik dövlətin əsas prinsipi olduğundan, Ali Məhkəmədən aşkar prosessual pozuntulara məhəl qoymaması və ya nəzərdən qaçırması ilə bağlı heç bir gözlənti ola bilməz. Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında kassasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən dövlət rüsumunun ödənilməsi tələbi, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib. Bundan əlavə, vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsini daşıyan Ali Məhkəmə dövlət rüsumunun müvafiq qaydada və məbləğdə ödənilməməsi səbəbindən kassasiya şikayətinin qeyri-mümkün olmasına dair çoxsaylı qərarlar qəbul edib, həmin qərarlar Ali Məhkəmənin internet səhifəsindəki elektron axtarış sistemində yerləşdirilib. Kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi kassatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz. Kassatorun peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin qaydalarından xəbərsiz olmasını istisna edir, Ali Məhkəmə isə tərəflərin kassasiya şikayətinin verilməsi ilə bağlı səhvlərini düzəltmək vəzifəsini daşımır. Belə halda, cavabdehin kassasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər. Kassasiya şikayətinin mümkünlüyünə dair məsələlərin təhlili nəticəsində məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədin əlavə edilməməsinə görə kassasiya şikayətinin qaytarılması kassatorun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxilə, hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən özbaşınalığın qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir. Həmçinin qeyd edilib ki, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq ilk növbədə apelyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil etməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməli və kassasiya şikayətinin mümkünlüyünü yoxlamadan işi baxılması üçün Ali Məhkəməyə göndərməməlidir.

Ukrayna Rusiya ərazisini atəşə tutdu: ölənlər var

Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinin Şebekino dairəsinin Aşağı Berezovo kəndini atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib. O bildirib ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, daha biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qubernator sakinlərin tarlada işləyərkən atəşə məruz qaldığını əlavə edib.

Ermənilərin yaydığı məlumat yalandır! - MN

Mayın 18-i guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin minaatanlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bunu qəti surətdə təkzib edirik. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib.

Sertifikasiya dərs bölgüsünə təsir edəcək? - AÇIQLAMA

"Müəllimlərin sertifikasiyasının dərs bölgüsünə hər hansısa bir təsiri gözlənilmir". Sozcu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. "Əvvəlki qiymətləndirmə nəticələri onsuz da var, dərs bölgüsü ona uyğun aparılır", - deyə o bildirib.