ABŞ Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”

“İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. O, ABŞ-ın birbaşa dialoqu dəstəklədiyini bildirib: “Bu, sülhü və problemləri həll etməyin ən yaxşı yoludur”. Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək. Müzakirələrin 3 gün davam edəcəyi gözlənilir.

Bayramov ABŞ-a yola düşdü - XİN

İyunun 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində dövlət katibi E.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Rəsmi Bakı: "Ermənistan təhrikçi addımları davam etdirməkdə maraqlıdır"

"Görünür ki, Ermənistan tərəfi buraxılış məntəqəsi təsis edilən gündən yüzlərlə erməni sakinlərin azərbaycanlı sərhədçilərlə qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda hər iki istiqamətdə keçidini həzm etməyərək, bu kimi təhrikçi addımları təkidlə davam etdirməkdə maraqlıdır". Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 24 iyun tarixli bəyanatına dair şərhində əksini tapıb. Qeyd olunub ki, eyni qaydada, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı “humanitar təhdidlər” olduğu iddialarının heç bir əsası yoxdur. Azərbaycanın zərurət olduğu təqdirdə sakinlərə yardım etmək təkliflərindən özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən hər vəchlə imtina olunması, erməni tərəfinin bu məsələdən öz dar siyasi məqsədləri üçün istifadə etdiyini göstərir.

Əli Kərimli yenidən sədr seçildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı keçirilib. Sozcu.az-ın xəbərinə görə, qurultayda Əli Kərimli yenidən sədr seçilib.

Sülhlə bağlı razılıq bu tarixdə mümkündür - Bayramov

Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması potensial olaraq ilin sonundan tez mümkündür. Sozcu.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir qeyd edib ki, Ermənistan müəyyən addımlar atmağa hazır olsa, sülh razılaşması əldə edilə bilər: "Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsi varsa, hesab edirəm ki, potensial olaraq ilin sonundan da əvvəl razılığa gəlmək mümkündür",- deyə C.Bayramov əlavə edib.

Milli Məclisin iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb. Sozcu.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 33 məsələnin müzakirə daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 2. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 3. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 4. “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 5. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 7. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 8. “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 9. “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 10. “Kredit ittifaqları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 11. “Poçt haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 12. “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 13. “Kredit büroları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 14. “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 15. “İnvestisiya fondları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 16. “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 17. “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 18. “İcbari sığortalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 19. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 20. “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 21. “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 22. “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 23. “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 24. “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 25. “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 26. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 27. “Auditor xidməti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 28. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 29. “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 30. “Dərman vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 31. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 32. “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 33. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1942 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sozcu.az fərmnın mətnini təqdim edir: 1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1942 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1452) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1-ci hissədə “8 990 947,2” və “11 392 336,5” rəqəmləri müvafiq olaraq “16 337 500,0” və “11 850 036,5” rəqəmləri ilə əvəz edilsin; 1.2. 2-ci hissə üzrə: 1.2.1. 2.1-ci bənddə “Gəlirlərin məbləği (min manat)” sütununda “6 571 387,3” rəqəmləri “11 765 793,3” rəqəmləri ilə əvəz edilsin; 1.2.2. 2.2-ci bənddə “Gəlirlərin məbləği (min manat)” sütununda “4 307,8” rəqəmləri “3 600,6” rəqəmləri ilə əvəz edilsin; 1.2.3. 2.3-cü bənddə “Gəlirlərin məbləği (min manat)” sütununda “23 590,0” rəqəmləri “15 323,3” rəqəmləri ilə əvəz edilsin; 1.2.4. 2.4-cü bənddə “Gəlirlərin məbləği (min manat)” sütununda “1 590 905,4” rəqəmləri “3 752 026,1” rəqəmləri ilə əvəz edilsin; 1.2.5. “Gəlirlərin məbləği (min manat)” sütununun “Cəmi” sətrində “8 990 947,2” rəqəmləri “16 337 500,0” rəqəmləri ilə əvəz edilsin; 1.3. 3-cü hissə üzrə: 1.3.1. 3.1-ci bəndin “Xərclərin məbləği (min manat)” sütununda “11 280 000,0” rəqəmləri “11 737 700,0” rəqəmləri ilə əvəz edilsin; 1.3.2. “Xərclərin məbləği (min manat)” sütununun “Cəmi” sətrində “11 392 336,5” rəqəmləri “11 850 036,5” rəqəmləri ilə əvəz edilsin. 2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası, gəlirlər 16 866 540,3 min manat, xərclər 7 988 335,2 min manat və ya Fondun 2022-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 106,8 faiz, xərclər üzrə 68,9 faiz səviyyəsində olmaqla, bu cür təsdiq edilsin.

“Xalqın susdurulması siyasətindən əl çəkin” – Müsavatdan tələb

Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrlə əlaqədar Müsavat Partiyasının qəbul etdiyi bəyanatda hakimiyyətdən xalqın susdurulması siyasətindən əl çəkməsi tələb olunur. Partiyanın mətbuat xidmətindən “Basta”ya təqdim olunan sənəddə  deyilir:   “Müsavat Partiyası iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin ekoloji çirklənməyə qarşı keçirdikləri aksiyada polisin dinc etirazçılara qarşı qəddar davranışını Azərbaycandan despotizmin getdikçə dərinləşdiyini təsdiqləyən növbəti ağır cinayət kimi qiymətləndirir. Müsavat Partiyası həmin aksiya zamanı polisin yaşlı qadınlara, o cümlədən şəhid anasına xüsusi amansızlıqla hücum etməsi və onlara xəsarətlər yetirməsini hiddətlə pisləyərək; -Etirazçıların öz tələblərində tam haqlı olduqlarını vurğulayaraq və polisə daş atılmasının təxribat ola biləcəyini qeyd edərək;   – Aksiyadan sonra yeddi nəfərin inzibati həbsə məruz qalması və bir nəfərin cərimələnməsini, həmçinin bu mövzuda tənqidi yazılar yazdıqdan sonra Nida Vətəndaş Hərəkatının fəalı Elmir Abbasovun saxlanmasını əsassız sayaraq; Etirazçılara qarşı zorakılıq edən polis əməkdaşları və onlara bu əmri verənlərin dərhal müəyyənləşdirilərək cəzalandırılmasını, bu barədə xalqa ətraflı məlumat verilməsini, saxlanılan şəxslərin dərhal azadlığa buraxılmasını, Söyüdlü kəndinə yolun açılmasını, xalqın susdurulması siyasətindən əl çəkilməsini, vətəndaşların haqlı tələblərinə əməl olunmasını hakimiyyətdən tələb edir”.

Prezident Qazaxıstanın baş nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bayramovla Mirzoyan görüşəcək – Paşinyan tarixi açıqladı

Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.

Bayramov Londonda Britaniya səfiri ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramovu mühüm səfər çərçivəsində Londonda görməkdən məmnunam. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Tvitter hesabında bildirib. “Strateji dialoqumuz Böyük Britaniya-Azərbaycan münasibətlərini dərinləşdirir və diqqətimizi gələcək əməkdaşlığa yönəldir. Biz ölkələrimiz üçün əsas təhdidlər və onlarla mübarizə yolları barədə danışdıq”, - deyə diplomat qeyd edib.

Nikol: Bir də xəbər tutduq ki, Azərbaycan müdafiəni yardı

Şuşa ciddi əhəmiyyət kəsb edirdi və Şuşanın müdafiəsinin möhkəmləndirilməsi, təşkili ilə bağlı idi. Sonda lazım olan hər şeyin görüldüyü bildirildi. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı parlamentdə çıxışı zamanı deyib. “Həmin hazırlıq işlərindən qısa müddət sonra xəbər gəldi ki, bir qrup azərbaycanlı hərbçi Zarıslı kəndi ərazisində müdafiəmizi yararaq, Laçın-Xankəndi yolunu kəsib. Yəni faktiki olaraq Şuşa yolu bağlandı. Bu xəbəri mənə Qarabağın “prezidenti” çatdırdı, lakin Silahlı Qüvvələrin Baş Qərargahı bu məlumatı təsdiqləmədi. Yeri gəlmişkən, bu, müharibə illərində təxminən on dəfə təkrarlanan vəziyyət idi, Arutyunyan (Qarabağdakı separatçı-terrorçuların lideri – red.) xəbər verəndə baş katib xəbəri təsdiqləmədi, hətta təkzib etdi və bir müddət sonra etiraf etməli oldu ki, Arutyunyan düz deyirdi. Mahiyyət etibarı ilə Şuşanın tənəzzülü də bu andan başladı”, - o bildirib.