Blinke və Fidan Cənubi Qafqazdan danışdılar

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller məlumat yayıb. Məlumatda qeyd olunur: “Onlar Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər və bu, regionda hər kəsə fayda verən əlaqələri gücləndirib”.

Əliyevlə Paşinyan sülh sazişini müzakirə etdi - Foto

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRİKS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Sozcu.az xəbər verir ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Tramp Azərbaycana qarşı - Qarabağı "artsax" adlandırdı - Foto

Keçmiş ABŞ prezidenti, respublikaçıların prezidentliyə namizədi Donald Tramp Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edib. Sozcu.az xəbər verir ki, Tramp "X" hesabından etdiyi paylaşımda Demokrat rəqibi Kamala Harrisi tənqid edib və bu zaman Qarabağı "artsax" adlandırıb. Tramp həmin paylaşımında yazıb:"Kamala Harris 120 min erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və "artsax"dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Kamala Harris ABŞ-nin prezidenti olarsa, dünyadakı xristianlar təhlükədə olacaqlar. Mən prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm"

Erməni parlamentindən delimitasiya ilə bağlı qərar

Ermənistan parlamenti bu gün keçirilən iclasda Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəanı ratifikasiya edib. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Onun sözlərinə görə, 67 deputat layihənin lehinə səs verib. Səsvermədə yalnız Mülki Müqavilə Partiyasının deputatları iştirak edib. “Ermənistan” və “Şərəfim var” müxalif fraksiyaların deputatları səsverməyə qatılmayıb.

Quterreş Bakıya gəlməyə HAZIRLAŞIR

BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak üçün Azərbaycan hökümətinin dəvətini qəbul edib və o, Azərbaycana səfərə hazırlaşır. Sozcu.az xəbər verir ki, bunu BMT sözçünün müavini Florensiya Soto Nino “Report”a açıqlamasında deyib. BMT sözçüsünün müavini əlavə edib ki, dünya təşkilatının Baş katibi Azərbaycanın sədirliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 çərçivəsində Bakıya səfər edəcək və tədbirin açılışında iştirak edəcək: “Baş katib COP29 çərçivəsində ən yüksək səviyyəli tədbirlər və müzakirələrə qatıldıqdan sonra digər səfərə yollanmağı nəzərdə tutulub. Quterreş COP29-un bağlanış mərasimində iştirak etmək üçün yenidən Bakıya dönəcək”, – sözçü müavini bildirib.

Prezident Baydenin xüsusi köməkçisini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə, Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qlobal təhlükəsizlik problemləri müzakirə olunub. Nazir Ceyhun Bayramov qardaş Türkiyə Respublikasına 3+3 formatının növbəti görüşünə ev sahibliyinə, görüşün təşkilatçılığı və səmimi qonaqpərvərliyə görə təşəkkür edib. Bölgədə və dünyada sürətlə dəyişən təhlükəsizlik vəziyyətinin fonunda bu kimi məşvərət mexanizmlərinin əhəmiyyətinin daha da artdığı, bölgəmiz üçün ortaq təhdidlərlə mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub. Bu istiqamətdə, Azərbaycan-Türkiyə müttəfiqliyinin, regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, sülh prosesinin qarşısında duran çağırışların hələ də qalmaqda olduğunu bildirib. Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin, habelə Ermənistan tərəfindən bu istiqamətdə sistematik işlərin görülməsi yerinə, problemin gözardı edilməsinin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov, həmçinin həmkarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz, görülən hazırlıq işləri barədə məlumatlandırıb. Türkiyənin qardaş Azərbaycanın bölgədəki sülh və quruculuq səylərini hər zaman dəstəklədiyi, habelə prosesin tezliklə yekunlaşmasına dair ümidvarlıq ifadə olunub. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyə XİN Müstəqilliyin Bərpası Günü münasibət ilə Azərbaycanı təbrik edib. Sozcu.az xəbər verir ki, nazirlik bu barədə rəsmi X hesabında paylaşım edib. “Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qutlu oslun”, - paylaşımda bildirilib.

Prezident onlara yüksək vəzifə verdi - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Sozcu.az sərəncamın mətnini təqdim edir: 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, apellyasiya instansiyası məhkəmələri üzrə: 1.1. Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin; 1.2. Zaur İkram oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin; 1.3. İlqar Məhərrəm oğlu Mirzəyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin; 1.4. Günay İsmayıl qızı Cavadova Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin; 1.5. Samir Firdusi oğlu Həsənov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin; rayon (şəhər) məhkəmələri üzrə: 1.6. Bəxtiyar Şahfirudin oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.7. Zamiq Akif oğlu Rəsulov Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.8. İlqar Yadulla oğlu Əliyev Xocavənd Rayon Məhkəməsinin sədri təyin edilsin; 1.9. Mirheydər Seyidəmir oğlu Zeynalov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qax Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.10. Samir İlham oğlu Mayılov Qobustan Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.11. Rövşən Elbrus oğlu Xəlilov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lerik Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.12. Azər İbrahim oğlu İsmayılov Sabirabad Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bu ay Bakı ilə sülh sazişi imzalamağa hazırıq - Paşinyan

Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib. O bildirib ki, bu, Ermənistanın rəsmi mövqeyidir.

Bu tələbələrə Prezident təqaüdü veriləcək

2024–2025-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024–2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və Azərbaycanın ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü veriləcək: Abbaslı Səma Hüseyn qızı Abbasov Orxan Taleh oğlu Abdullayeva Rəna Natiq qızı Ağakişiyeva Aysu Asif qızı Ağazadə Nərmin Teymur qızı Axundov Nurlan Saleh oğlu Bababəyli Semral Aprel qızı Baxşalıyev Azər Natiq oğlu Bədəlova Aytac Rasim qızı Bədəlova Nərgiz Cəlal qızı Dəmirçiyev Ayxan Ramin oğlu Elyazov Şükür Şakir oğlu Eyvazlı Əsmər Elmar qızı Eyvazov Maarif Seymur oğlu Eyyubov Samur Şirvan oğlu Əbilov Ziya Namiq oğlu Əhmədova Nəzrin Ramil qızı Əliyev Məhəmməd Vüsal oğlu Əliyev Ömər İlqar oğlu Əliyev Turan Anar oğlu Əliyeva Amalya Tural qızı Əliyeva Aytac Xəqani qızı Əlizadə Rəbiyyə Həsən qızı Əlizadə Ülvi Rövşən oğlu Əmirov Coşqun Rafiq oğlu Əsədov Rüfət Raqif oğlu Əsədullayev Amin Arif oğlu Əsgərzadə Hikmət Ramin oğlu Garayzadə Kənan Rafiq oğlu Gülməliyeva Sevil Rövşən qızı Gülməmmədov Məhəmməd Akifoviç Hacıbabayeva Gülafət Anar qızı Hacıyeva Nuray Hafis qızı Hacıyeva Zeynəb Hünər qızı Həbibli Ülvi Vahab oğlu Həmzəli Suat Zahir oğlu Həsənli Əsmər Səxavət qızı Həsənov Fizuli Vüqar oğlu Həsənzadə Səma Ələsgər qızı Hüseynli Murad Vidadi oğlu Hüseynov Elcan Rüfət oğlu Hüseynov Nurlan Fizuli oğlu Hüseynova Nuray Emin qızı Hüseynova Pakizə Namil qızı Hüseynzadə Nəzrin Fuad qızı Xəlilzadə Amin Yavər oğlu Xəlilzadə Əkrəm Samir oğlu İlyasova Zərifə Elmaz qızı İsaqov Elvin Ceyhun oğlu İsmayıllı Kənan Mehman oğlu Kərimli Qəhrəman Elsevər oğlu Kərimov Fuad Daşqın oğlu Qaçabəyova Həlimə Yaşar qızı Qafarlı İlkin Elçin oğlu Qafarzadə Zəhra Zaur qızı Qasımova Fatimə Elxan qızı Qənbərova İnci Rauf qızı Qurbanova Ləman Sənan qızı Mahmudzadə Nihad Mahmud oğlu Məcidov Əşkəbuz Zamin oğlu Məhərrəmova Nigar Mübariz qızı Məhərrəmzadə İlahə Rəşad qızı Məmmədli Ceyhun Azər oğlu Məmmədli Fatimə Faiq qızı Məmmədli Məhəmməd Vaqif oğlu Məmmədli Murad Gəray oğlu Məmmədli Röya Əlizamin qızı Məmmədli Saleh Babək oğlu Məmmədova Lalə Ramiz qızı Məmmədzadə Mələk Cabir qızı Məmmədzadə Şərafət Nüsrət qızı Mərdanlı Xədicə Sərkər qızı Miriyeva Nəzrin Miriş qızı Mirzalıyev Fuad Yaşar oğlu Muradov Cəlal Murad oğlu Mustafazadə Afiq Arzu oğlu Namazov Nihad Ruslan oğlu Nəsirova Zenfira Rəşadət qızı Novruzova Şəbnəm Ramin qızı Nuruyev Elgün Akif oğlu Orucov Fəxri Faiq oğlu Rəhimova Səidə Ruhib qızı Rüstəmli Fidan Ayət qızı Rüstəmova Validə Elçin qızı Rzayev Yaqub Aqil oğlu Sadıqova Aytac Elnur qızı Salmanov Ayxan Sərdar oğlu Səfərli Ayişə Bəxtiyar qızı Səfərli Yunis Elxan oğlu Səfərova Leyla Abuzər qızı Səlimova Aysel Ehtiram qızı Səmədli Pərviz Hafiz oğlu Süleymanov Nəsib Asif oğlu Şəkərov Zaur Əvəz oğlu Şirinli Raul Rəşid oğlu Şirinov Nicat Seymur oğlu Tahirli Lalə Cahangir qızı Vəliməmmədov Fərid Musa oğlu Vəliyeva Şəms Azər qızı Yusibov Elşən Səfa oğlu Yusifov Fərid Güloğlan oğlu Yusifova Səbinə Vüqar qızı. Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşrılıb.

İsa Qəmbər və Arif Hacılı Lossabona dəvət olundu

Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı Portuqaliyanın Lissabon şəhərində keçirilən beynəlxalq tədbirə dəvət edilib. Müsavat başqanı İsa Qəmbər ALDE konqresinin toplanyısında Avropanın 30 dan artıq ölkəsini təmsil edən siyasi partiya liderlərinin görüşündə iştirak edəcək. Arif Hacılı konqres günlərində Cənubi Qafqaz Respublikaları siyasi partiya liderləri və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə təşkil olunan Cənubi Qafqaz regionunun problemlərinə dair Dəyirmi Masada Azərbaycanı təmsil edəcək.