Bu səhər yeməyi insanı arıqladır

Dietoloq Mike Mosley arıqlamağa kömək edən səhər yeməyini açıqlayıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, mütəxəssisin fikrincə, yumurta ən yaxşı səhər yeməyi seçimidir. Onun sözlərinə görə, yumurta zülalla zəngindir və demək olar ki, heç bir karbohidrat ehtiva etmir: "Yumurta qan şəkərinin səviyyəsini yüksəltməməklə yanaşı, uzun müddət toxluq və enerji verir. Yumurtaya həmçinin göbələk və ya ispanaq əlavə etsəniz, orqanizm üçün ikiqat faydalı olacaq. Bundan əlavə karbohidrat səviyyəsi gündə 50 qramdan aşağı olmalıdır. Zülalın, tərəvəzlərin, meyvələrin miqdarını artırsanız, eyni zamanda karbohidratların miqdarını azaldacaqsınız".

Yeni ölümcül xəstəlik - Sağlam adamı səkkiz günə məhv edir

Son zamanlar 16 nəfərin ölümünə səbəb olan Marburq virusu narahatlıq yaratmaqda davam edir. Sozcu.az musavat.com-a istinadən bildirir ki, Marburq virusu heç də son vaxtlar ortaya çıxmayıb. Bu virus ilk dəfə 1967-ci ildə Almaniyanın Frankfurt və Marburq şəhərlərində, həmçinin Serbiyanın Belqrad şəhərində müşahidə edilib. 31 nəfərdə aşkarlanan virus 7 nəfərin ölümünə səbəb olub. 2005-ci ildə Anqolada Marburq virusu epidemiyası 300-dən çox insanın ölümü ilə nəticələnib. Mütəxəssislər bu ölümcül virusla bağlı yenidən xəbərdarlıq edirlər. Nəhayət, 16 nəfər səkkiz gün ərzində diş əti qanaması və kramp ağrılarından ölüb. Bu ilin əvvəlində Ekvatorial Yeni Qvineya və Birləşmiş Tanzaniya Respublikasında Marburq virusuna yoluxma hallarında artım qeydə alınıb. İndiyədək Yeni Qvineyada virusdan ümumilikdə 12 nəfər, Tanzaniyada isə 4 nəfər ölüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Ebolaya səbəb olan virusla eyni ailədən olan virus sirayət etdiyi şəxsləri "həyuləyə bənzər" görünüşə məruz qoyur. Virusun digər əlamətlərinə ishal, ürəkbulanma və qusma, həmçinin yüksək hərarət, şiddətli baş ağrıları və şiddətli zəiflik daxildir. Bildirilir ki, virusdan əziyyət çəkən bir çox xəstə diş ətindən, burundan və vaginadan tez-tez qanaxma keçirir və səkkiz-doqquz gündən sonra ölür. BBC-nin xəbərinə görə; Afrika yaşıl meymunları və donuzları virusun daşıyıcısı ola bilər, Misir meyvə yarasaları da tez-tez virusu saxlayır. Bədən mayeləri və eyni yatağı paylaşan insanlar arasında ötürülə bilər. Virusdan sağaldıqdan sonra belə, onların qanı və ya sperması aylarla yoluxucu qala bilər. Xəstəliyin müalicəsi yoxdur. Həkimlər xəstəxanaya yerləşdirilən xəstələrə çoxlu miqdarda maye verməklə və ya qan köçürməklə simptomları aradan qaldırmağa çalışsalar da, ÜST bəzi qan məhsulları, dərmanlar və immunoterapiyaların inkişaf etdirildiyini qeyd edir.

Doğuş üçün ən təhlükəsiz yaş həddi... - Alimlərin araşdırması

Macarıstanın "Semmelweis" Universitetinin alimləri apardıqları araşdırmada qadınların uşaq sahibi olmaq üçün ən təhlükəsiz yaşı müəyyən ediblər. Sozcu.az Ölke.az-a istinadən xəbər verir ki, alimlər 23-32 yaş aralığının hamiləlik üçün ideal yaş aralığı olduğunu bildirirlər. Alimlər 1980-2009-cu illər arasında uşaq dünyaya gətirmiş 31 128 qadının məlumatlarını ana yaşı ilə körpələrdə qeyri-genetik doğuş anomaliyaları arasında əlaqə kontekstində təhlil ediblər. Doğum anomaliyalarının ən az görüldüyü 10 yaş aralığını təyin etməyə çalışan tədqiqatçılar, 23-32 yaş aralığının hamiləlik üçün ideal yaş olduğunu təyin ediblər. Araşdırma həmçinin müəyyən edib ki, ananın yaşı artdıqca körpələr Daun sindromu, ürək xəstəliyi, dodaq və damaq yarığı kimi xəstəliklərlə daha çox qarşılaşırlar. Gənc yaşda dünyaya gələn körpələrdə dodaq və damaq yarığı riskinin 9%, 32 yaşdan yuxarı hamiləliklərdə isə bu riskin 45% olduğu bildirilib.

Hipotenziya hansı təhlükələrə səbəb ola bilər? - KARDİOLOQ DANIŞDI

Yay aylarında, əsas da gənclər və qan təzyiqini aşağı salan dərman preparatlar qəbul edən insanlar arasında qan təzyiqinin aşağı olması, yəni hipotenziya simptomlarına tez-tez rast gəlinir. Maraqlıdır, görəsən, hipotenziya hansı təhlükələrə səbəb ola bilər? Sozcu.az-ın məlumatına görə, məsələ ilə bağlı Kardioloq Gülanə Ağayeva Lent.az-a açıqlamasında bildirib ki, bir insan üçün aşağı qan təzyiqi hesab edilən səviyyə başqası üçün normal hesab oluna bilər: Onun sözlərinə görə, bəzən isə hipotenziya həyat üçün təhlükə yarada bilər: "Hipotenziyanın müxtəlif növləri var".  1. Daimi hipotenziya - sakitlik halında qan təzyiqi 90/60 mm c.st-dan aşağıdır. 2. Ortostatik hipotenziya (postural hipotenziya) - Bu, vəziyyəti dəyişdikdə, yəni  oturaq vəziyyətdən ayaqüstü vəziyyətə keçdikdə və ya uzandıqdan sonra qan təzyiqinin qəfil azalması və 3 dəqiqədən artıq bu səviyyədə qalmasıdır. Səbəblər arasında susuzluq, uzun müddət uzanıqlı vəziyyət, hamiləlik və s. və eyni zamanda bəzi dərmanların istifadəsi yer alır. Məhz bu növünə yaşlı insanlar arasında daha çox rast gəlinir. 3. Postprandial hipotenziya - yeməkdən 1-2 saat sonra baş verir. Yaşlılar, xüsusən də yüksək qan təzyiqi olanlar və Parkinson kimi avtonom sinir sistemi xəstəliyi olanlar bu qrupa daxildir. Az miqdarda qidalanmaq, tərkibində karbohidrat miqdarı az olan qidalar qəbul etmək, daha çox su içmək və alkoqollu içkilərdən qaçınmaq simptomları azaltmağa kömək edə bilər.  4. Sinir sistemi ilə əlaqəli hipotenziya - Bu daha çox uzun müddət ayaqüstə qaldıqdan sonra baş verir. Bu tipə daha çox uşaqlar və gənclər arasında rast gəlinir. 5. Nəhayət, yay aylarında xüsusən tər ilə orqanizm maye itirdiyindən baş verən təzyiq enmələri. Aşağı qan təzyiqi orqanizmə necə təsir edir? Adətən, orqanizmimiz avtomatik olaraq qan təzyiqini idarə edə bilir və onun çox enməsinin qarşısını alır. Qan təzyiqi enməyə başlayanda orqanizm ürək döyüntüsünü sürətləndirərək, ya da damarları daraldaraq buna cavab verməyə çalışır. Orqanizmimiz qan təzyiqinin azalmasını kompensasiya edə bilmədiyi zaman hipotenziyanın simptomları baş verir. Aşağı qan təzyiqinin simptomları hansılardır? - Başgicəllənmə hissi - Bayılma və ya huşitirmə  - Ürəkbulanma,qusma - Bulanıq görmə və ya ümumilikdə görmə pozğunluğu - Sürətli, səthi tənəffüs; - Yorğunluq, zəiflik - Yuxuya meyillilik - Konsentrasiya problemi Həkimə nə vaxt müraciət etmək lazımdır? Hipotenziyanız olduğunu bilirsinizsə, həyatınıza təsir edən simptomları görməyə başlasanız, həkiminizə müraciət etməlisiniz. Əgər, hipotenziyanız olduğunu bilmirsinizsə, təkrari başgicəllənmə və ya huşunu itirmə epizodlarınız varsa, həkimə müraciət etməlisiniz.

DİQQƏT! Bu balıq növü sağlamlığa zərərlidir

Həkimlər bir çox xəstəliyə səbəb ola bilən məşhur balıq növünü açıqlayıblar. Sozcu.az lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, balığın faydaları əsasən onun bişirilmə üsulu ilə müəyyən edilir. Balıq, şübhəsiz ki, ən sağlam protein qidalarından biridir. O, qiymətli iz elementləri ilə zəngindir və bədən tərəfindən tez mənimsənilən "yüngül" protein ehtiva edir. Ancaq bəzi yemək üsulları ilə hətta sağlam qidalar da sağlamlığa mənfi təsir göstərə bilər. Həkimlər duzlu və qurudulmuş balıqları təhlükəli hesab edirlər. Bu cür balıqlar təzyiqin kəskin artmasına səbəb ola bilər. Duzlu balıq bütün dünyada məşhur qəlyanaltıdır. Bu cür balıq məhsullarının əksəriyyətində yağ tərkibini aşağı saxlayan zülalın olduğuna inanılır. Bununla belə, yüksək qan təzyiqi olanlar üçün potensial zərərli tərkibə malikdir. Buna görə də, pəhrizdə bu cür balıqlar məhdudlaşdırılmalıdır.

Bu vərdiş ömrünüzü uzadacaq

Alimlər ömrü uzadacaq səhər vərdişinin adını açıqlayıblar. Sozcu.az lent.az-a istinadən bildirir ki, bu səhər yeməyini yeməkdən imtina etmək maddələr mübadiləsini ləngidir, çəki artımına gətirib çıxarır və hətta təhlükəli xəstəliklərin yaranma riskini artırır. Buna görə də yuxudan oyandıqdan dərhal sonra doyumlu səhər yeməyi yemək vərdişi ömrünüzü uzada və sizi bir sıra xəstəliklərdən qoruya bilər. Mütəxəssislər müxtəlif yaşlarda olan minlərlə xəstəni müşahidə edərkən müəyyən ediblər ki, səhər yeməyini tamamilə atmaq sağlamlıq və rifah üçün ciddi təhlükədir. Əvvəla, səhər yemək yeməmək maddələr mübadiləsinin yavaşlamasına gətirib çıxarır ki, bu da sizi daha tez kökəlməyə vadar edir. Gecə istirahətindən sonra qida və mikroelementlərin tədarükünü doldurmasanız, bədən hüceyrələrin "oksidləşməsinə" təkan verən müəyyən bir stress yaşanır. Öz-özünə səhər yeməyini atmaq tez bir zamanda xəstəliklərə səbəb ola bilməz. Ancaq immunitet sistemini zəiflədir və buna görə də təhlükəli xəstəliklərin riski artır. Eyni zamanda səhər yeməyində mümkün qədər çox qida maddəsi olmalıdır. Sorğuda iştirak edən uzun ömürlülərin əksəriyyətinin riayət etdiyi qaydalar bunlardır - səhər mütləq zülal (yumurta və ya yağsız ət), eləcə də yüngül karbohidratlar - bütün taxıllar, kəpək çörəyi, tərəvəz yemək lazımdır. Siz həmçinin səhər yeməyinizə meyvə və ya giləmeyvə də əlavə edə bilərsiniz.

Yuxusuzluq xərçəng riski yaradır - Gündə...

Terapevt Olqa Şaşkova bildirib ki, gündə beş saatdan az yuxu orqanizmdə ciddi xəstəliklərə səbəb ola biləcək geri dönməz prosesləri işə sala bilər. Müntəzəm yuxu olmaması insanı onkologiya və piylənmənin inkişafı ilə təhdid edir. Sozcu.az lent.az-a istinadən bildirir ki, həkim bu barədə "İzvestiya"ya müsahibəsində xəbərdarlıq edib. "Əgər insan sistematik olaraq kifayət qədər yatmırsa, o zaman orqanizmdə ritmlərin pozulması fonunda yuxu pozğunluğuna, sonra isə piylənməyə şəkərli diabet və onkologiyaya çevriləcək proseslər başlayacaq", - mütəxəssis qeyd edib.

“O qapı sənin-bu qapı mənim...” – Tanınmış həkim hökumətə ÇAĞIRIŞ ETDİ

Son zamanlar səhiyyəmizlə bağlı ən çox müzakirə edilən, cəmiyyəti narahat edən məsələlərdən biri də cərrahi əməliyyatlara limitin tətbiq edilməsidir. Cəmiyyətin narazılığına səbəb olan limit məsələsi, eləcə də bir çox həkimlərimizin, yüksək nəticələrlə Tibb Universitetini bitirən tələbələrin xaricə meyl etməsi Azərbaycan səhiyyəsinin gələcəyi haqqında həyəcan təbili çalır.  Tibb Universitetinin müəllimi, farmakoloq-alim Aydın Əliyev bu və digər məsələlərə KONKRET.az-a verdiyi müsahibədə aydınlıq gətirib. – Aydın həkim, istərdik ki, öncə yay fəslinin mövsümi xəstəlikləri və onlardan qorunmağın yolları barədə məlumat verəsiniz… – Yay fəslində ən çox qida zəhərlənmələri, həkim dilində desək, qida toksikozuna rast gəlinir. Ayrı-ayrı qida məhsullarından, sənaye istehsalı və təbii məhsullardan düzgün istifadə etməmək, onların saxlanma qaydalarını, istehsal müddətini nəzərə almamaq – bunların hamısı qida toksikozlarının yaranmasına səbəb olur. Yay aylarında yayılan xəstəliklərin digər bir qismi çimərliklərlə bağlıdır. Çimərliklərdəki gigiyena qaydaları qorunmadıqda, natəmiz şəraitdə dənizə girildikdə insanlar müxtəlif xəstəliklərə yoluxurlar. Yaddan çıxarmaq lazım deyil ki, natəmiz şəraitdə göbələk, bakteriya xəstəlikləri çoxalır. Biz nəinki göbələk, dəri xəstəliklərindən qorunmağa çalışmalıyıq, həm də psixoloji olaraq müsbət emosiyalar yaratmağı bacarmalıyıq. Ailədə, cəmiyyətdə, işdə müsbət emosiyalar insanı sağlam və gümrah saxlayır. – Havaların bu qədər isti keçməsi insan orqanizmində hansı xəstəlikləri yarada bilər? – Yay aylarında ən çox rast gəldiyimiz problemlərdən biri də insanların həddindən artıq tərləməsi və soyuması halıdır. Yəni isti tər və soyuq hava təzad yaradır, bunlar bir-birini tamamlasa da, nəticədə bəzi xəstəliklər ortaya çıxır. İsti və soyuğun təzadı ən çox kondisionerli evlərdə, maşınlarda müşahidə olunur. Kondisionerlərdən düzgün istifadə etməmək də müəyyən xəstəliklərə səbəb olur. Xüsusilə immun sistemi zəif olanlar, xroniki xəstəlikləri olan insanlar yuxarıda sadaladığımız hallara diqqət etmədikdə istənilən xəstəliklər ortaya çıxa bilər. Yay fəslində ən çox müşahidə edilən xəstəliklərdən biri də dəri xəstəlikləridir. Bəzi hallarda günəşdən dəri yanıqları əmələ gəlir. Hətta bunlar ağırlaşdıqda piqmentləşmə gedir. Yayda insanların həm özünün, həm də istifadə etdiyi əşyaların, qidaların, paltarların, ictimai yerlərin təmiz, gigiyenik olması lazımdır. Hətta mən deyərdim ki, dezinfeksiya halları qış aylarına nisbətən yayda daha vacibdir. – Tibb Universitetini yüksək nəticələrlə bitirən tələbələrin çoxu xarici ölkələrə, xüsusilə Almaniyaya üz tutur, buna səbəb nədir?  – Bəli, Azərbaycan Tibb Universitetinin tələbələrinin əksəriyyəti xarici ölkələrə getmək istəyir. Bu da təbii haldır. Çünki xarici ölkələrdəki iş şəraiti, yüksək maaş tələbələri onları cəlb edir. Tələbələrin orada daha çox inkişaf etmək və iş imkanına sahib olmaq kimi prestijləri var. Tələbələrin xarici ölkələrə getməsinin bir ictimai-siyasi səbəbi də var. Onlar çalışdıqları ölkələrdə həm də dövlətimizi təmsil edirlər. Xətrini çox istədiyim həkimimiz Nuran Abdullayev hazırda Almaniyada böyük bir klinikanın rəhbəridir. O cümlədən, Almaniyada xarici ölkədən olan həkimlərin nisbətinə görə ən çox oraya gedən və işləyənlər bizim ATU-nun tələbələridir. Bu mənada oraya gedənləri yüksək dəyərləndirib, fəxr etmək olar. – Potensiallı həkimlərimizin ölkəmizi tərk etməsi gələcəkdə səhiyyədə peşəkar kadr çatışmazlığına gətirib çıxara bilərmi? – Elə olacağını güman etmirəm, çünki bizim Tibb Universitetində yüksək tədris proqramları hazırlanır, yeniliklərə yol açılır. Yəni yetişdirilən hər bir tələbənin öz sahəsi üzrə peşəkar olmasına çalışılır. Lakin burada əsas məsələ tələbənin məqsədinə uyğun düşüncəsinin formalaşması və o istiqamətdə peşəkarlaşmasıdır. Həkim olmaq istəyirsənsə, bu istiqamətdə düşüncələrin olmalıdır. Yəni azad düşüncə, inkişaf, məqsəd və insan azadlığı həkim olmaq üçün ilkin şərtdir. Fikrimcə, təbiət və insan münasibətlərini qorumağı bacaran həkim həmişə uğur əldə edir. Mən 40 ildən çoxdur Tibb Universitetində işləyirəm. 1985-ci ildə SSRİ Səhiyyə Nazirliyinin “Farmkomitet”inin qərarı ilə ilk antioksidant preparatı olan “Meksidol”un həmmüəllifiyəm. Bu, mənim sahəm üzrə yeganə haldır. Mən sonradan bildim ki, o zamanlar Ulu Öndər Heydər Əliyevin Nazirlər Soveti sədrinin birinci müavini olması bu işdə rol oynayıb. Həmin illərdə səhiyyə ilə bağlı bütün işlərə Heydər Əliyevin özü nəzarət edirdi. Maraqlıdır ki, 2003-cü ildə mən həmmüəllifi olduğum həmin dərmana görə Rusiya hökuməti öz alimlərini qiymətləndirdi. Mən də öz hökumətimdən həmin qiymətləndirməni gözləyirəm. – Son zamanlar ən çox danışılan məsələlərdən biri də cərrahi əməliyyatlara limitin tətbiq edilməsidir. Buna münasibətiniz necədir, bu nə dərəcədə doğru addımdır? – Təbii ki, bu cür limitlərin olması doğru deyil. Və birdən-birə bu sistemə keçmək hələ real görünmür. Mən bu suala geniş perspektivdən və şəxsi kontekstimdən yanaşmaq istəyirəm. Məncə, bizdə bir problemi 3-4, hətta 5-6 nazirlik və komitə həll etməyə çalışır. Bu isə məsələni hərənin bir tərəfə çəkməsinə, qarışıqlığa səbəb olur. Fikir versək, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta, Qida Təhlükəsizliyi Agentliyi, – bilmirəm, yenə də var, yoxsa yox (gülür), – sadaladığımız bu 4 qurum fəaliyyətlərini bir insan üzərində qururlar. Məncə, bu məsələlərin ümumiləşmiş şəkildə bir nazirlikdən, ya da qurumdan idarə olunması insanların problemlərinin qısa zamanda həll edilməsinə, o cümlədən, büdcəmizin qorunmasına səbəb ola bilər. Bu da hökumətin işidir. Mən bir vətəndaş, bu sahədə çalışan mütəxəssis kimi insanların hansısa problemin həlli üçün “o qapı sənin –  bu qapı mənim” gəzmələrinin əleyhinəyəm və çıxış yolunu bunda görürəm. İnsanların bir məsələ üçün ayrı-ayrı qapıları döyməsi həm ümumi ictimai işlərimizə zərərdir, həm də vətəndaşların sağlamlığına ciddi təsir göstərir. Hazırda maaş məsələlərində də narazılıqlar var. Bütün bunlar insan psixologiyasına mənfi təsir edir. Limit məsələsinə də nazirliklərin, xəstəxanaların yanaşma tərzi fərqlidir. Yəqin ki, bu məsələ dövlətin nəzarətindədir və tezliklə həllini tapacaq.

Səhərlər bu qidaları yeməyin!

Dietoloqlar sağlamlığa zərərli olan məşhur və asan hazırlanan səhər yeməyini açıqlayıblar.  Sozcu.az lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, şəkər, bal, şokolad və dadlandırıcı qidalarda karbohidratlar yüksəkdir. Bu da gün ərzində enerjinin azalmasına və yavaş düşünməyə səbəb ola bilər. Bundan əlavə, sürətli karbohidratlar beldə tez yerləşir və şəkərin miqdarına görə bəzi dənli bitkilər hətta şirniyyatları da üstələyir. Bu məhsulun həddindən artıq istehlakı piylənmə və ciddi xəstəliklərin inkişaf riskini artırır. Bu baxımdan səhər yeməyində bu qidalardan uzaq durmaq sağlamlığınız üçün daha məsləhətlidir.

Quş qripi ilə bağlı XƏBƏRDARLIQ - İnsanlar üçün təhlükə var

Son zamanlar quş qripinin yayılması təkcə quşlar üçün deyil, insanlar üçün də təhlükə yaradır. Sozcu.az report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Cenevrədə yayılan birgə məlumatında deyilir. Qeyd olunub ki, quş qripi epidemiyaları ev quşları, çöl quşları və bəzi məməlilər də daxil olmaqla heyvan populyasiyalarını məhv edib, fermerləri və ərzaq ticarətinin işini ləngidib: "Bu epidemiyalar əsasən heyvanlara təsir etsə də, insanlar üçün daimi təhlükə yaradır. Bioloji cəhətdən insanlara quşlardan daha yaxın olan məməlilərdə sadalanan infeksiyaların aşkar edilməsi halları çoxalıb. Bu da virusun insanlara yoluxmaq üçün daha asan uyğunlaşa biləcəyi ilə bağlı narahatlıqları artırır". 2022-ci ildə 67 ölkə ev və çöl quşlarında yüksək patogen H5N1 quş qripinin yayılması barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına məlumat verib. Eyni zamanda, təsərrüfatlarda 131 milyondan çox ev quşu tələf olub və ya məhv edilib. 2023-cü ildə 14 əlavə ölkə, əsasən Amerika qitəsində epidemiyaların baş verdiyini bildirib. 2022-ci ildən bəri, üç qitənin 10 ölkəsi təşkilata məməlilərdə baş verən epidemiyalar barədə məlumat verib.

Həkimlər istidə çimərkən soyuq şok riski ilə bağlı xəbərdarlıq edir

Avropanın bir çox ölkələrini isti bürüyüb. Fransada bir sıra departamentlərdə narıncı - təhlükəli rejim elan edilib. Lionda bazar günü hava 38 dərəcəyə qədər istiləşib. Sozcu.az oxu.az-a istinadən bildirir ki, Almaniyada istilik 38, Polşada 30 dərəcəyə qalxıb. İtaliyada da istilər artıb. İspaniya və Portuqaliyada da yaxın günlərdə havanın temperaturunun 40 dərəcəni keçəcəyi proqnozlaşdırılıb. Həkimlər günorta günəşində çölə çıxmamağa və bol su içməyə çağırırlar. Bundan başqa, istidə çimərkən soyuq şok riski ilə bağlı xəbərdarlıq da edirlər. Sərinləmək üçün insanlar göllərə və çaylara qaçırlar. Amma günəş vurması, günəş yanığı ilə yanaşı, soyuq suya girərkən bədənin stressli vəziyyətə düşməsi də çox təhlükəlidir. Bu zaman bədən temperatur şoku alır. Bunun nəticəsi ölümcül ola bilər. Qeyd edək ki, ötən il Avropada anomal istilərin təsiri nəticəsində 15 minə yaxın insan həyatını itirib.

Səhər yeməyində bu qidaları yemək zərərlidir

Mütəxəssislər orqanizm üçün zərərli olan səhər yeməyini açıqlayıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, sürətli səhər yeməyi bədənə heç bir fayda gətirmir. Taxıl tərkibli qidaların həddindən artıq istehlakı piylənmə və ciddi xəstəliklərin inkişafı riskini artırır. Sürətli səhər yeməyi yemək də gün ərzində enerjinin azalmasına və yavaş düşünməyə səbəb ola bilər. Bu, məhsulun tərkibində yüksək şəkər olması ilə bağlıdır. Dietoloqlar xəbərdarlıq edirlər ki, işlənmiş taxıl və şəkərdə yüksək olan taxıllar sürətli çəki artımına səbəb ola bilər. Əlbəttə ki, belə bir məhsulda faydalı komponentlər var. Xüsusilə, bir çox istehsalçı taxıllara müxtəlif vitaminlər və antioksidantlar daxil olmaqla qida əlavə edir. Ancaq yadda saxlamaq lazımdır ki, vitaminlərin həddindən artıq istehlakı və onların çatışmazlığı müxtəlif xəstəliklərə səbəb ola bilər".