Arayiki ömürlük həbs gözləyir

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların keçmiş "rəhbəri" Arayik Arutyunyan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, digər separatçılarla birgə Bakıya gətirilib. Sozcu.az xəbər verir ki, Arayik Arutunyan İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin onun əmri ilə vurulduğunu etiraf etmişdi. Oktyabrın 4-də Araik Arutyunyan öz sosial şəbəkə hesabından Gəncə terrorunun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Terror aktı nəticəsində 26 dinc sakin qətlə yetirilib, 175 nəfər isə xəsarət alıb.  Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və Araik Arutyunyan barəsində axtarış elan edilib. Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Cinayət Məcəlləsinə əsasən o, ömürlük həbs edilə bilər.

“Əgər biz Qarabağı “ana” Ermənistanın tərkibinə qatmasaq, gələcək nəsillər bizi söyəcək, məzarımızı lənətləyəcək" - Voskanyan ÇƏRƏNLƏDİ

Ermənistanın Azərbaycana ərazi iddiaları yüz illər əvvəl başlayıb. Tarixi torpaqlarımızda məskunlaşan ermənilər zaman-zaman soydaşlarımızı öz ata-baba yurdlarından sıxışdırıb çıxarmaqla öz mənfur niyyətlərini həyata keçirməyə çalışıblar. Ötən əsrin əvvəllərində qədim Azərbaycan torpaqlarında dövlət qurmağa nail olan ermənilər 20-ci əsrin sonlarında Azərbaycana yeni ərazi iddiaları irəli sürdülər. 35 il ərzində Qarabağı Azərbaycandan qoparmağa çalışan Ermənistan məqsədinə nail ola bilmədi və biabırcasına məğlub oldu. Buna baxmayaraq, Ermənistandakı revanşist qüvvələr daim qisas almaq üçün məqam axtarır və imkan düşən kimi təxribatlar törədirdilər. Öz silahlı qüvvələrini Qarabağdan çıxarmaqdan imtina edən Ermənistan Azərbaycanın suveren ərazisində qanunsuz silahlı dəstələr yerləşdirməklə müharibə ocağını saxlayırdı. Amma Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə çəkdi və Qarabağdakı qeyri-qanuni silahlı birləşmələr təslim oldu. Bununla da 35 illik münaqişə birdəfəlik həll olundu. Ermənistandakı siyasi qüvvələr isə hələ də bu acı sonluqla barışmaq istəmir. “Qalib xalqın” nümayəndələri yenə ərazi iddialarından əl çəkmirlər. Müxtəlif planlar quran erməni siyasətçilər Qarabağı qaytaracaqlarına ümid edirlər. Sozcu.az xəbər verir ki, Ermənistanda iranşunas tədqiqatçı kimi tanınan, daim Azərbaycana qarşı qarayaxma kampaniyalarının başında dayanan Vardan Voskanyan öz həmvətənlərini soyuqqanlı olmağa və mübarizə əhval-ruhiyyəsini qoruyub-saxlamağa çağırıb. Voskanyan Qarabağın qaytarılması üçün xalqa müraciət də edib: “Əgər biz Qarabağı “ana” Ermənistanın tərkibinə qatmasaq, gələcək nəsillər bizi söyəcək, məzarımızı lənətləyəcək. Sonuncu erməni qalana qədər Qarabağ uğrunda mübarizə aparmalıyıq. Yalnız ondan sonra biz Ermənistanın dövlət qalasının tikintisinə başlamalıyıq, çünki Qarabağla Ermənistanın birləşməsi bizim təhlükəsiz və ləyaqətli yaşamağımızın yeganə təminatçısı olacaq”. Bununla erməni xislətini bir daha nümayiş etdirən erməni “ziyalısı” yenidən öz millətinə ağrı-acı yaşatmaq üçün xalqa çağırış edir. Amma Voskanyan kimi siyasətbazların boş-boş bəyanatlarından yorulan erməni xalqı bir neçə dəfə müharibənin ağrı-acısını dadıb və onların daha belə çağırışların arxasınca getməyə həvəsi qalmayıb.

Zelenski Gülağa Aslanlının oğlunu igidliyinə görə medalla təltif edib

Ukrayna prezidenti Volodimir Zelenski bu ölkənin ərazi bütövlüyü uğrunda Rusiya işğalçılarına qarşı döyüşlərdə iştirak edən  azərbaycanlı zabit – kapitan Aslanov Elşad Gülağa oğlunu igidliyinə görə medalla təltif edib. Bu haqda “Basta”ya Müsavat Partiyasından məlumat verilib. Qeyd edək ki, Elşad Aslanov Müsavat başqanının müavini Gülağa Aslanlının oğludur.

Araik, Bako və Arkadi Ermənistana keçməyib, amma...- Erməni mediası

Xəbər verildiyi kimi, dünən gecə saatlarından Ermənistanın bir sıra kütləvi informasiya vasitələrində, o cümlədən “@bagramyan26” teleqram-kanalında Qarabağdakı separatçı rejimin 3 keçmiş "prezidenti" (Arayik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan) və "hökumət üzvləri"nin guya hansısa yolla Azərbaycan dövlət sərhədini keçə bilməsi və artıq Ermənistanda olması haqda informasiyalar yayılmışdı. Sozcu.az xəbər verir ki, Tert.am saytı səhər saatlarında adları çəkilən separatçı liderlərin Azərbaycan dövlət sərhədini keçə bilməsi və artıq Ermənistanda olması haqda məlumatları təkzib edib. “Tert.am-ın 3 keçmiş prezidentlə bağlı mənbələri onların Ermənistanda olmadığını, lakin təhlükəsizlik baxımından onların yerinin hələlik açıqlanmadığını bildirir”- xəbərdə belə deyilir.

Ermənistan Krımı, Soçini və Armaviri almalıdır - Poqosyan

Ermənistan Krımı, Soçini və Armaviri almalıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Vladimir Poqosyan deyib. “Əgər sərhədlər yoxdursa, o zaman gəlib Armavir, Soçi və Krımı götürə bilərik. Krımın ümumən 70%-i ermənidir”, - Vladimir Poqosyan “Noyan Tapan TV” Yutub kanalında bildirib.

Putinin pullarını “yuyan” daha bir milyarder dostu Qarabağ ermənilərinə dayaq durdu...

“Hörmətli həmyerlim Oleq Deripaska artsaxdan olan qaçqınlar üçün qaynar xətt açır”. Moderator.az xəbər verir ki,”İravunk” nəşrinin yaydığı məlumata görə, bu barədə Rusiyanın “RT” telekanalının baş redaktoru, Kremlin işğalçı, irqçi, anti-türk, anti-Azərbaycan siyasətini dəstəkləyən ən həyasız təbliğatçılarından biri Marqarita Simonyan “Facebook” səhifəsində yazıb. “Artsaxda çətin humanitar vəziyyətlə əlaqədar RUSAL işçi qaynar xətti açır.  Şirkət Rusiyadakı sənaye müəssisələrində ixtisaslı köçkünlərin yol xərclərini ödəməyə, onların adaptasiyası və işlə təmin olunmasına dəstək verməyə hazırdır”, - “Armenian Nation” qəzetinin redaktoru əlavə edib.  Qeyd edək ki, Deripaska rusiyalı sahibkar, milyarder, Rusiyanın “Rusal” alüminium şirkətinin rəhbəridir”-xəbərdə belə deyilir. Zəruri arayış və şərh: Rusiya diktatoru V.Putinin yaxın dostlarından və pul “yuyan”larından("FT"-2020) biri kimi tanınan “UC Rusal”-ın təsisçisi və səhmdarı milyarder Oleq Deripaska, son məlumatlara görə, "Forbes" reytinqində rusiyalı milyarderlər arasında 50-ci yerdədir. Biznesmenin sərvəti 2,5 milyard dollar məbləğində qiymətləndirilib... Deripaska 2018-ci ilin aprelindən Putinin layihələrinin maliyyələşdirilməsinə görə ABŞ sanksiyaları, 2022-ci ildən isə Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər ölkələrin sanksiyaları altındadır... Düzdü, o, Ukraynaya təcavüzün əleyhinə çıxış edib və hazırda xaricdə yaşayır... Onu da xatırladaq ki, Putinin pullarını “yuyan” digər dostu, erməni milyarder Ruben Vardanyan Azərbaycan torpağında erməni separatçılığı və terrorçuluğuna maliyyə və ictimai-siyasi, ideoloji dəstək verməsi səbəbindən artıq Bakıda zindandadır...

David Babayan haradadır?..-“İravunk”

“Artsaxın keçmiş xarici işlər naziri David Babayanın Şuşaya təslim olmaq üçün gedəcəyini yazdığı postundan 24 saat keçib, amma harada olduğu hələ də məlum deyil. Sonuncunun postu haqda bilənlər çaşqınlıq içindədir: “Davit Babayan təslim olacaq tip deyildi” və başqa versiyaları müzakirə edirlər”. Sozcu.az xəbər verir ki, bunu “İravunk” nəşri yazır. “Digər tərəfdən, qəribədir ki, indiyədək Azərbaycan mətubuatı susur və Babayanın Azərbaycana təslim olmasını təsdiqləyən heç nə yazmır. Amma Ruben Vardanyan məsələsində dərhal məlumat verildi. İndi isə sual yaranır: Davit Babayan haradadır və ona nə olub?”- deyə nəşr sual edir. Xatırladaq ki, dünən Azərbaycanın “qara siyahı”sında olan  həm də qondarma rejimin “prezidenti”nin eks-müşaviri David Babayan Xankəndindən Şuşaya getmək qərarını açıqlayıb. O, bu barədə "Facebook" səhifəsində yazıb. "Qərarım ilk növbədə yaxınlarıma böyük ağrı verəcək, amma əminəm ki, onlar başa düşəcəklər. Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırmalar üçün Bakıya gəlməyimi tələb edib", - deyə Babayan qeyd edib.

Xankəndinin təhvil-təslim prosesi niyə 3 ay davam edəcək?

Qarabağdakı separatçı rejimin özünü rəsmi olaraq buraxmasından sonra müzakirə olunan məsələlərdən biri də “prosesin niyə 2024-cü ilin 1 yanvar tarixinə” qədər davam etməsi, yaxud “niyə indi tam ləğv edilməməsi” ilə bağlıdır. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bu məsələlər həm Ermənistanda, həm Azərbaycanda müzakirə olunur. Ermənistanda müxtəlif iddialar irəli sürülür. İddia olunur ki, Paşinyan hakimiyyəti separatçılardan belə istəyib və 1 yanvarı - Yeni il bayramını ermənilər üçün “yasa” çevirməyi planlaşdırırlar. Azərbaycanda isə belə iddialar irəli sürülür ki, qarşıdakı 3 ay ərzində vəziyyət dəyişə və separatçılar yenidən dirçələ bilərlər. 3 aylıq vaxt məsələsi də Rusiyanın planıdır. Bu iddiaların inandırıcılığı yoxdur. Təbii ki, Ermənistanda kimlərin hansı iddia irəli sürdüyü, nələr uydurduğu bizim üçün maraqlı deyil. Azərbaycanda irəli sürülən iddialar isə reallığa uyğun gəlmir və mövcud reallıqları nəzərə alnmadan irəli sürülən iddialar absurd görünür. Birincisi, qarşıdakı üç ay ərzində Qarabağda separatçıların dirçəlməsi üçün hərbi, siyasi, iqtisadi imkanları praktiki olaraq yoxdur; İkincisi, nəinki Rusiya, istənilən güc bu vəziyyəti dəyişdirə bilməz. Özünü buraxan separatçılara 3 ay – 1 yanvar 2024-cü il tarixinə qədər vaxtın verilməsinin yeganə səbəbi təhvil-təslim prosesinin həyata keçirilməsidir. Azərbaycan bunu 24 saat ərzində də edə bilər, lakin belə bir addım erməni əhalisinin reinteqrasiyası prosesində problemlər yarada bilər, o baxımdan, Xankəndində mərkəzi hakimiyyətin bərpası mərhələ-mərhələ həyata keçiriləcək. Və bayrağımızın ən gec 3 ay sonra Xankəndində dalğlanacağı şübhəsizdir.

Müsavat başqanı hakimiyyətə səsləndi: "Rəqəmin şişirdilmiş olması ilə bağlı ciddi şübhələr var"

“Ermənistanın rəsmi dairələri artıq 68 min nəfərin Qarabağdan Ermənistana gəldiyini bəyan edib. Bu rəqəmin şişirdilmiş olması ilə bağlı ciddi şübhələr var. Çünki, Qarabağda olan erməni əhalisinin sayının elan edildiyindən xeyli az olduğu məlumdur”. Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk hesabında yazıb. “Azərbaycanın rəsmi dairələri ölkəni tərk edən erməni əhalisinin sayı barədə mütəmadi məlumat verməklə, Ermənistanın köçkün sayı ilə bağlı manipulyasiyasına imkan verməməlidir” – deyə, Arif Hacılı əlavə edib.

Erməni əhalisinin Qarabağdan çıxarılması Azərbaycana qarşı gizli planlardan xəbər verir...

Biz artıq neçə gündür Qarabağın erməni əhalisinin kəndlərdən və rayonlardan kütləvi şəkildə tələsik çıxarılaraq Ermənistana göndərildiyinin şahidiyik. Dünyanın bütün aparıcı TV kanalları və xəbər agentlikləri də Laçından çıxış nöqtəsi olan Kornidzor kəndinə və Gorus şəhərinə toplaşmışlar. Hər saat xəbərlərin manşetində yüzlərlə şəxsi avtomobil, yük maşınlarının və avtobusların insanları daşıdıqları kadrlar göstərilir. Bütün bunlar dünyanın aparıcı kanllarında və qəzetlərində etnik təmizləmə və genosid yorumları ilə də müşaiyət olunur. Azərbaycan hökümətinin həm Ermənistan rəhbərliyinə və həm də yerli Qarabağ erməni liderlərinə tək mesajı yerli əhalinin qalıb yaşaması və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təminatlar olmuşdur. Təhlükəsizlik qüvvələrinə verilən göstərişlər də tam bu məqsədlərə xidmət edir. Bəs nəyə görə bu baş verir? O zaman erməni əhalisi niyə öz evlərini,kəndlərini tərk edir?  Burada çox sayda suallar ortaya çıxır. Təbii ki, Qarabağdakı nasist erməni qrupları Azərbaycanda yaşamağı Azərbaycana satılmaq kimi qələmə verib əhalinin çıxmalarını təbliğ edirlər. Burada  həm də həm 90—cı illərdə və həm 44 günlük savaşda əli qana batan ermənilərin də rolu vardır və onlar özlərinin  həbs ediləcəyini bildiyindən başqalarını da getməyə sövq edirlər.Bir çox ermənilər boynuna alır ki, yerli hakimiyyət bizə çıxıb getməyimizi dedi... O biriləri,panikadır,hamı çıxır mən də çıxıram, qorxu var. Qalmaq istəyəni qorxuzurlar ki, azərbaycanlılar  gəlib sizi öldürəcək.   Tutalım azərbaycanlılar ilə qonşuluqda yaşayan kəndlərdə belə qorxu ola bilsin, o zaman  böyük kəndlər və daxildə yerləşən kəndlər  niyə çıxır?.  Ermənistana gedən bir sıra erməni vətəndaşlar bombalama oldu , neçə gün zirzəmidə qaldıq deyir... Halbuki ki,onun dediyi kimi bombalama olsa da,o bir gün oldu. Amma 44 günlük savaş samanı hər gün döyüşlər gedirdi. Və Xocavendiin Tagaverd kəndinin yarısı Azərbaycan əsgərinin nəzarətində idi,3 m aralıda digər hissəsində isə erməni əhalisi öz evində yaşayırdı. Eynilə Şuşanın, Əsgəranın və ya Xocavendin digər kəndləri də bu durumda idi. Azərbaycan əsgəri kənddəki təpənin üstündə post qurmuşdu, erməni kəndliləır isə öz sahələrində çalışırdılar və heyvan otarırdılar. 44 günlük müharibə ilə bu 24 saatlıq əməliyyatın ölçüsü də müqayisə edilməz idi. Azərbaycan tərəfi də indi həqiqətən xoş məram göstərir. Maraqlı burasıdır ki, bütün bu köc, “Qarabağdakı erməni əhalisinə birbaşa təhlükə yoxdur” deyən  Paşinyanın bəyənatından sonra başladı. Buradan belə çıxır ki, Paşinyana qarşı olan yerli Qarabağ hakimiyyəti yoxsa hansı qüvvələr bütün kəndlərin və o cümlədən, şəhərdə yaşayan ermənilərin çıxmasına göstəriş verib... Düşünürəm ki, bu iş Azərbaycana qarşı planları olan xarici qüvvələrin təsiri ilə baş verir və ilk olaraq Fransa və ABŞ-dakı qüvvələr göz önünə gəlir. Burada Kosovo variantına bənzər əməliyyat önə çıxır.  Qarabağdan bütün ermıəni əhalisi çıxarılır və Azərbaycanın nə deməsindən asılı olmayaraq, Azərbaycan etnik təmizləmədə ittiham olunur və Beynəlxalq məhkəmələr işə salınır. Və Qarabağ ermənilərinin geri qaytarılması və beynəlxalq qüvvələrin və müşahidə missiyalarının altında yaşaması üçün formula hazırlanır.  Kosovoda olduğuna bənzər.  Bütün səylər beynəlxalq nəzarət altında Qarabağdakı ermənilərə özəl status verilməsinə yönəlir.  Düzdür, burada beynəlxalq qüvvələrin rusların iradəsi əleyhinə bölgəyə gəlməsi də indiki dönəmdə sual doğurur amma bütün bu risklər  nəzərə alınmalıdır.. USAİD direktoru və Prezident Baydenin kabinet üzvü Samanta Pauerin Gorusda verdiyi bəyənatlarda fakt toplama qruplarının bu istiqamətdə işlədiyi də bəlli oldu. O Azərbayan təhlükəszilik qüvvələrinin törətdiyi əməlləri və Azərbaycan hökümətinin bu işlərdə əli olması ilə bağlı şahid ifadələrinin toplanıldığını deyir. Bütün bunlar analiz edilib Amerika hökümətində bir qərara gələcəyik deyir. S.Pauerin erməni məsələsi ilə uzun illərdir məşğul olduğunu nəzərə alsaq, onun məsələni  ancaq bu istiqamətə yönləndirəcəyi haqqında heç bir şübhəm yoxdur. Eynilə, Ermənistan Ombudsman offisi, erməni  İnsan hüquqları QHT-i və xaricdəki çox saylı erməni təşkilatları Avropada Fransanən dəstəyi ilə və Amerikada güclü erməni lobbi qrupları ilə bu məsələni ancaq və ancaq etnik təmizləmə və genosid maddələrinə uyğun istiqamətə döndərməyə çalışacaq və çalışırlar. Hesab edirəm ki, bu iş BMT TŞ-ı qərarı əsasında olmasa da Fransa və ABŞ bu istiqamətdə digər strukturları işə salacaq. Avropada daha çox Avropa Birliyi təsisatları və çoxsaylı təzminat davaları ilə müşaiyət olunan Məhkəmə işləri ilə, Amerikada isə  Konqress vasitəsilə sanksiyalar müşaiyətilə anti-Azərbaycan Akt-ların qəbul edilməsinə çalışılacaq.  Onlar bu Məhkəmələrdə Rus sülhməramlı qüvvələrnə də işlər acacaq.  Azərbaycan cəmiyyəti,Azərbaycan höküməti indidən bütün ehtiyat tədbirləri görüb, çox sayda sənədli materiallar hazırlamalı və əks həmlələr və təşəbbüslər etməlidir. Artıq Qarabağ Azərbaycandır və çəkinəcəyimiz heç bir hal yoxdur.  Azərbaycan dövləti erməni əhalisinin getməməsi üçün təkrar müraciətlər etməli və gedənlərin də vəziyyət sabitləşən kimi öz evlərinə dönməsinə çağırmalıdır. Onlara hər cür şərait yaradılacağı vədləri verilməlidir. Əgər biz onların sərbəst  geri dönüb öz evlərində və ya başqa yerdə yaşamasına şərait yaratsaq, o zaman istənilən bəd niyyətli beynəlxalq təşəbbüsləri də dəf edərik.moderator) Elxan Mehdiyev, Tədqiqatçı-alim

Arif Hacılı: "Yeni tarixi dövr başlayır"

Separatçı rejimin rəhbəri Samvel Şahramanyan qanunsuz quruluşun – “Dağlıq Qarabağ Respublikasının (Arsax)” mövcudluğuna son qoyulması barədə fərman imzalayıb. Bu rejimin bütün “dövlət qurumları” və “təşkilatları” 1 yanvar 2024-cü il tarixinədək buraxılacaq. Yerli erməni əhaliyə, o cümlədən xaricdə olanlara Qarabağda qalmanın (qayıtmanın) mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək məqsədilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtlərilə tanış olmaq təklif edilib. Müsavat başqanı Arif Hacılı bu qərarı “Böyük tarixi hadisə” kimi qiymətləndirib. “Azərbaycanda və ümumiyyətlə regionda yeni tarixi dövr başlayır. Bütün Azərbaycan xalqını təbrik edirəm” – deyə, Arif Hacılı vurğulayıb. Basta 

DTX Vardanyanla bağlı məlumat yaydı - Video

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilmişdir ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak etmişdir. Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirmişdir. Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.