Sumqayıtda qətl: bacısının ərini öldürdü

İyulun 2-də Sumqayıt şəhər sakini 1998-ci il təvəllüdlü Arif Muxtarovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb. Araşdırma zamanı 1998-ci il təvəllüdlü Əkbər Vəliyevin iyulun 1-də Sumqayıt şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı bacısının əri Arif Muxtarova bıçaqla xəsarətlər yetirməsi və zərəçəkmişin növbəti gün həmin xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir. Əkbər Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

ETSN: Apreldən iyunun 30-dək 81 sel-daşqın qeydə alınıb

Son zamanlar iqlim dəyişmələrinin fəsadları özünü daha qabarıq göstərməkdədir. Daha çox yağıntıların qeyri-bərabər paylanması müşahidə olunur. Belə ki, respublikanın bəzi bölgələrində aylıq normanın heç yarısı qədər yağıntı düşmədiyi halda əsasən dağlıq və dağətəyi bölgələrdə lokal güclü leysan nəticəsində sel-daşqın hadisələri baş verir. Bu ilin aprel ayından iyunun 30-dək 81 sel-daşqın hadisəsi qeydə alınıb. Bu gün, iyulun 1-də artıq 3 sel hadisəsi müşahidə olunub. Sozcu.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. Nazir müavini, həmçinin bəzi vətəndaşların sel-daşqın hadisələri zamanı məsuliyyətsız davranışlarına da fikir bildirib: "Təəssüflər olsun ki, bəzən sel-daşqın hadisələri ağır fəsadlarla, hətta ölümlə nəticələnir. Əhaliyə xəbərdarlıq edilməsinə baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda təhlükənin ciddiliyi və ağır fəsadlar törədə biləcəyi nəzərə alınmır. Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var. Unutmamalıyıq ki, hadisə yerindən dərhal uzaqlaşmaq lazımdır. Selin istiqamətini öncədən müəyyənləşdirmək olmur. Bununla yanaşı, sel iri gətirmələrlə, daş qaya ilə müşayiət oluna bilir. Bəzən əmlakını xilas etməyə çalışanlar öz həyatlarını təhlükə altına qoyurlar. Əhaliyə bir daha müraciət edirik ki, əlverişsiz hava şəraiti haqqında məlumatları mütləq şəkildə nəzərə alsınlar. Sel-daşqın hadisələri baş berən ərazilərdən mümkün qədər tez uzaqlaşmaq, daha hündür ərazilərə çıxmaq tövsiyə olunur. Bəzən bir neçə saniyə bizi böyük təhlükədən xilas edə bilər".

Kəlbəcərdə ağır qəza: Gəncə sakininin boynu sındı

Kəlbəcər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Məhəmməd Əmiraslan oğlu Vəliyev ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Sədərək, Kəlbəcər və Şuşa istiqamətində mövqelərimiz atəşə tutulub

İyunun 28-i saat 22:35-dən 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Vedi rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və İstisu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, iyunun 28-i saat 23:55-dən iyunun 29-u saat 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Naxçıvanda ağır qəza: 6 nəfər öldü

01:59 Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib. Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb. Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir. *** Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb. Qəza nəticəsində xəsarət almış daha 4 nəfərin isə vəziyyəti ağır olaraq qalır. Hazırda onların müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir. Qeyd edək ki, faktla bağlı Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.

Bakıda 72 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda 72 yaşlı kişini avtomobil vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb. 2000-ci il təvəllüdlü Cəfər Quliyev idarə etdiyi "Xəzər" markalı avtomobillə 1951-ci il təvəllüdlü Hümbət Nəsibovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

14 yaşlı yeniyetmə gölməçədə boğuldu

Tovuzda 14 yaşlı yeniyetmə gölməçədə boğulub. Sozcu.az xəbər verir ki, hadisə iyunun 24-də rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 2009-cu il təvəllüdlü Nihat Məmmədov kəndin ərazisində sel nəticəsində yaranmış gölməçədə çimərkən boğularaq ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Moskvada həbsxanalarda iğtişaşlar başladı

Moskvada həbsxanalarda iğtişaşlar başlayıb. Sozcu.az xəbər verir ki, bununla bağlı “İnsayder” Teleqram kanalı səs yazısı paylaşıb. Qeyd edək ki, qiyama qalxan “Vaqner” döyüşçülərinin Rostov və Voroneji ələ keçirdikdən sonra Moskvaya doğru irəlilədiyi bildirilir.

Kürdəmirdə intihar: 30 yaşlı kişi özünü asdı

Kürdəmir sakini intihar edib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini 1993-cü il təvəllüdlü Cəfərov Famil Şakir oğlu özünü yaşadığı evdə asaraq intihar edib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bakıda qadın sürücü qəza törətdi: ölən var

Bakı şəhəri, Nəsimi rayonu ərazisində ölümlə nəticələnən qəza baş verib. Sozcu.az xəbər verir ki, dünən 1985-ci il təvəllüdlü Yeganə Elçin qızı Babayeva idarə etdiyi BMV markalı avtomobil ilə Ceyun Hacıbəyli ilə Təbriz küçələrinin kəsişməsində hərəkətdə olarkən sürücü Kamran Əlsəfa oğlu Səmədovun idarə etdiyi mopedlə toqquşub. Nəticədə 1995-ci il təvəllüdlü Kamran Səmədov hadisə yerində ölüb. Faktla bağli Nəsimi RPİ-nin İstintaq Şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Zəncirvari qəza: bu prospektdə hərəkət dayandı

Koroğlu körpüsünün üzərində 3 maşının toqquşması nəticəsində zəncirvari qəza baş verib. Sozcu.az xəbər verir ki, bu səbəbdən Ziya Bünyadov prospektində - “Koroğlu” metrostansiyası istiqamətində - böyük tıxac yaranıb.

Sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq öldü

Oğuzda sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, Oğuz şəhər sakini, 05.09.1956-cı il təvəllüdlü Fazil Vahil oğlu Qafarov Oğuz şəhərində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gedərkən müvazinətini itirərək yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Səhəri günü ailə üzvləri tərəfindən Şəki RMX PHŞ-nə aparılaraq tibbi yardım göstərilməsinə baxmayaraq, 20.06.2023-cü il tarixdə saat 17:15-də həmin xəstəxanada ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.