Şəmkirdə 61 yaşlı kişini ildırım vurub.
Sozcu.az APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Yeni Həyat kəndində baş verib.
Kənd sakini olan 1963-cü il təvəllüdlü Z.Musayevi evinin yaxınlığında ildırım vurub. 61 yaşlı kişi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki bundan əvvəl Gəncədə 24 yaşlı gənci ildırım vuraraq ağır xəsarət yetirib, Tovuzda isə 14 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.