Zelenski: “Putin zəifliyi heyvan kimi hiss edir, çünki o heyvandır”

Ukrayna prezidenti Vladimir Zelenski bir daha Qərbi Ukraynanı dəstəkləməyə çağırıb. Sozcu.az Kanal24-ə istinadla xəbər verir ki, o bunun mümkün nəticələrini izah edib. Ukrayna lideri deyib ki, Ukraynanın hipotetik itkisi halında Rusiya prezidenti Vladimir Putin döyüşləri Qərb ölkələrinə yaxınlaşdıracaq: “Putin zəifliyi heyvan kimi hiss edir, çünki o, heyvandır. Qanı hiss edir, gücünü hiss edir. O, bütün Aİ, NATO, azadlıq və demokratiyanı naharda səni yeyəcək”. Zelenski vurğulayıb ki, Avropa Ukraynanı dəstəkləməklə özünü Rusiyanın təcavüzündən qoruyur. “Bizə pul və ya silah verməklə özünüzə dəstək olursunuz. Siz bizim uşaqları deyil, öz uşaqlarınızı xilas edirsiniz”.

Hücuma məruz qalan müxalifət lideri əməliyyat olunacaq

Cənubi Koreyanın aparıcı müxalif Demokratik Partiyasının lideri Li Çje Myunq Pusan şəhərinə səfəri zamanı hücuma məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Məlumata görə, hücum zamanı boyun nahiyəsindən xəsarət alan müxalifət liderinə təcili tibbi yardım göstərilib.  Onun əməliyyat olunacağı bildirilib. Siyasətçinin boyun damarlarının bıçaqlı hücum zamanı zədələndiyi güman edilir. Şahidlərin sözlərinə görə, özünü siyasətçinin tərəfdarlarından biri kimi təqdim edən şübhəli şəxs ondan avtoqraf almaq üçün yaxınlaşıb, daha sonra təxminən 20-30 santimetr uzunluğunda naməlum silahla ona hücum edib. Hücum edən şəxs hadisə yerində yaxalanıb. Koreya Respublikasının Prezidenti Yun Sok Yola müxalifətçinin səhhəti ilə bağlı narahatlığını bildirib. Onun sözlərinə görə, zorakılıq qəbuledilməzdir.

Ukraynanın Belqoroda zərbəsi: 18 ölü, 111 yaralı

19:40 Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib. Məlumata görə, daha 108 nəfər yaralanıb. *** Belqoroda endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə, yaralıların sayı isə 111 nəfərə çatıb. Qeyd edək ki, bu gecə Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə hücum həyata keçirib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 675-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 358 270 hərbçi, 5 969 ədəd tank, 11 053 ədəd zirehli döyüş maşını, 8434 ədəd artilleriya sistemi, 939 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 621 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 244 ədəd avtomobil texnikası, 6554 ədəd PUA, 1 708 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 260 xüsusi avadanlıq itirib.

Rusiyanın Ukraynadakı itkiləri 356 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 920 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 356 670 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 27 tank, 42 zirehli döyüş maşını, 15 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Rusiyanın Ukraynadakı itkiləri 355 mini geridə qoydu

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 790 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 355 750 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 14 tank, 17 zirehli döyüş maşını, 10 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Ukrayna Rusiya donanmasını məhv edir - Britaniya

Ukrayna son 4 ayda Rusiyanın Qara dəniz Donanmasının 20%-ni məhv edilib. Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Ukrayna ordusunun Rusiyanın Qara dəniz Donanmasına məxsus “Novoçerkassk” böyük desant gəmisini vurması haqda X sosial şəbəkəsində yazıb. “Dekabrın 26-na keçən gecə Ukrayna ordusunun ilhaq edilmiş Krımda Rusiya hərbi gəmisinə hücumu göstərir ki, Ukraynada müharibənin dalana dirəndiyinə inananlar yanılırlar”, - o qeyd edib. O bildirib ki, bu iddianı səsləndirənlər son dörd ayda Rusiyanın Qara dəniz Donanmasının 20%-nin məhv edildiyini görmürlər: “Rusiyanın Qara dənizdəki hökmranlığı indi sual altındadır və Britaniya və Norveçin rəhbərlik etdiyi yeni Dəniz İmkanları Koalisiyası Ukraynanın dənizdə qalib gəlməsinə kömək edir”

Ukrayna Rusiyanın desant gəmisini məhv etdi

Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk Teleqramda bildirib. “Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı “Moskva” kreyserini böyük “Novoçerkassk” desant gəmisi müşayiət edir”, – o vurğulayıb. Xatırladaq ki, 2022-ci ilin martın 24-də sözügedən gəmi işğal altındakı Berdyansk şəhərinin limanında olarkən Ukrayna qüvvələrinin raket hücumuna məruz qalmışdı. Eyni ilin aprelində isə Ukrayna qüvvələri Rusiyanın Qara dəniz donanmasının flaqmanı “Moskva” kreyserinə qanadlı raketlərlə zərbə endirərək onu batırmışdı.

"Rusiya ordusunun yarısı Ukraynada məhv edilib" - ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı

"Ukrayna müharibəsində Rusiya ordusunun yarısı məhv edilib, bu zaman bir amerikalı əsgər belə həlak olmayıb, ölkə üçün isə bu, illik müdafiə büdcəsinin 5 faizinə bərabər məbləğə başa gəlib..." "Donald Trampın lideri olduğu respublikaçılar Kiyevə böyük həcmdə vəsaitlərin ayrılmasının əleyhinə çıxır..." Rusiya Ukraynada çox böyük itkilərə məruz qalıb. Əslində, gerçək fəaliyyət Kiyev və Vaşinqtonda baş verir. Sozcu.az xəbər verir ki, bu barədə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin sabiq Baş Komandanı, istefada olan admiral Ceyms Stavridis bəyan edib. Məlumatı "nv.ua" nəşri yayıb. 2023-cü ilin dekabrın 25-nə olan məlumata görə, düşmənin itkiləri çox böyüldür. Ukraynada müharibə müddətində Rusiya ordusunun yarısı məhv edilib. Amerika hakimiyyəti Ukraynaya hərbi dəstək verməlidir, onların mübarizəsi ədalətlidir. "Bu, çox təhlükəli vəziyyətdir və əslində gerçək fəaliyyət Kiyevdə baş verir, gerçək fəaliyyət Vaşinqtonda baş verir", - o, bəyan edib. İstefada olan admiral əlavə edib ki, Rusiya ordusunun yarısı məhv edilib, bu zaman bir amerikalı əsgər belə həlak olmayıb və hətta riskə də məruz qalmayıb, ölkə üçün isə bu, illik müdafiə büdcəsinin 5 faizinə bərabər məbləğə başa gəlib. Jurnalistlərin fikrincə, Amerika Konqresi, böyük ehtimalla, Yeni ilədək toplaşmayacaq və Ukraynaya yeni yardım paketi haqqında danışıqlar 2024-cü ilə qalacaq. Qeyd etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının 25 dekabr 2023-cü ilə olan məlumatına görə, düşmənin ümumi itkiləri təxminən 354 min nəfər təşkil edib. ABŞ-dan Ukraynaya yardım-bəlli olanlar Birləşmiş Ştatlar Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsinə fəal şəkildə yardım edib, o cümlədən silah və texnika tədarük edib. Lakin son zamanlar ABŞ-da prezident seçkiləri fonunda daxili siyasi ixtilaflar səbəbindən Kiyevə dəstək məsələsində problemlər yaranıb.  Qeyd etmık lazımdır ki, Donald Trampın lideri olduğu respublikaçılar Kiyevə böyük həcmdə vəsaitlərin ayrılmasının əleyhinə çıxır. Dekabrın 22-də bəlli olub ki, Co Bayden ölkənin rekord məbləğdə-886 milyard dollarlıq müdafiə büdcəsini təsiq edib. Onun 800 milyon dolları Ukraynara ayrılıb.

Rusiyada hərbi aerodromda partlayış - Təcili

Rusiyada hərbi aerodromda partlayış olub. Sozcu.az xəbər verir ki, hadisə Yeysk şəhərində qeydə alınıb. Partlayışdan sonra aerodrom üzərində tüstü qalxıb. Hadisənin səbəbi və təfərrüatları hələ ki açıqlanmayıb.

Rusiyanın itkiləri 353 mini ÖTDÜ

Ukrayna müharibənin 669-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 353 190 hərbçi, 5 858 ədəd tank, 10 888 ədəd zirehli döyüş maşını, 8 314 ədəd artilleriya sistemi, 932 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 611 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 327 ədəd helikopter, 11 022 ədəd avtomobil texnikası, 6404 ədəd PUA, 1 614 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 229 xüsusi avadanlıq itirib.

TƏCİLİ: Zelenskidən Putinə BÖYÜK ŞOK - Belə qisas aldılar

Ukrayna prezidenti Volodimir Zelenski Xerson vilayətində Rusiyaya məxsus 3 döyüş təyyarəsinin vurulduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, Ukrayna lideri buna görə hərbçilərə təşəkkür edib. "Ukraynanın cənubundakı Xerson vilayətimizin səmasında 3 Rusiya təyyarəsini vurduqlarına görə qırıcılarımıza minnətdaram. Bu, bizim Hərbi Hava Qüvvələrimizin, xüsusən də Odessa zenit-artilleriya briqadasının fəaliyyətinin nəticəsidir. Sağ olun, döyüşçülər. Hər bir rusiyalı qatil bizim cavabımızı alacaq və onların heç biri ədalətdən qaça bilməyəcək" - o bildirib. Bundan başqa, Hollandiyanın müdafiə naziri Kajsa Ollongren Ukraynaya 18 ədəd F-16 tipli döyüş təyyarəsi göndərməyə hazırlaşdıqlarını açıqlayıb.