Ukrayna kəşfiyyatı: Əsas hədəfimiz Putindir!

Ukrayna kəşfiyyatının əsas hədəfləri siyahısında Rusiya Prezidenti Vladimir Putin birinci yerdədir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski deyib. "Bizim əsas vəzifəmiz xalqımıza hücum əmri verən bölmə komandirini məhv etməkdir”, - o bildirib. Skibitski qeyd edib ki, Ukrayna ordusu Krım körpüsünü partlatmaq niyyətində deyil: “Bu körpü ruslara qurtuluş yolu üçün saxlanılır ki, onlar geri çəkilsin”. Eyni zamanda o, Mariupol limanının məhv edilməsi planları barədə xəbərdarlıq edərək, onu əsas logistika məntəqələrindən biri adlandırıb.

Ukrayna ordusu rusları ətçəkən maşından keçirir: 400 yeni itki

Ukrayna müharibənin 455-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 204 760 hərbçi, 3792 ədəd tank, 7421 ədəd zirehli döyüş maşını, 3339 ədəd artilleriya sistemi, 570 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 327 hava hücumundan müdafiə sistemi, 309 ədəd hərbi təyyarə, 295 ədəd helikopter, 6146 ədəd avtomobil texnikası, 2871 ədəd PUA, 1015 qanadlı raket, 18 gəmi/qayıq, 440 xüsusi avadanlıq itirib.

Baxmutda son durum

Baxmutda şiddətli döyüşlər davam edir. Sozcu.az xəbər verir ki, “Nyu York Tayms” nəşri Baxmutdakı son durumu əks etdirən görüntüləri yayıb. Ukrayna Müdafiə Nazirliyinin verdiyi məlumatda da bildirilir ki, Silahlı Qüvvələr şəhərin içində bir neçə obyekti nəzarətdə saxlayır və bundan əlavə cinahlarda əlverişli yüksəkliklər uğrunda döyüşlər davam edir.

Ukrayna tankları Rusiya ərazisinə girdi

Hazırda Ukrayna ordusu Rusiyanın Belqorod vilayətini güclü şəkildə atəşə tutur. Vilayətin Qraivoronovski rayonunun sərhəd kəndlərinin üstünü isə tüstü bürüyüb. Sozcu.az xəbər verir ki, bununla bağlı Ukrayna Teleqram kanalları görüntü paylaşıb. Vilayətdə həyəcan siqnalı verilib. Tankların da Rusiya ərazisinə daxil olduğu bildirilir.

Ukrayna əlavə qüvvə gətirdi, hücum başladı

Ukrayna ordusu Baxmutdakı qüvvələrini Kupyansk və Krasnolimansk istiqamətinə göndərib. Sozcu.az xəbər verir ki, bunu Donbas separatçılarının nümayəndəsi Andrey Maroçko deyib. Maroçko eyni zamanda qeyd edib ki, Ukrayna hərbi komandanlığı Svatovo istiqamətinə ağır texnika və canlı qüvvə yığır. “Svatovo istiqamətində döyüşlər gedir, Ukrayna ordusu tərəfindən hücumlar qeydə alınır”, - Maroçko bildirib. “Dxr”in separatçı lideri Denis Puşilin isə bildirib ki, Ukrayna ordusu Marinka istiqamətinə ehtiyat qüvvə toplayır.

Zelenski Baydenlə görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski Xirosimada keçirilən G7 sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Ukrayna məğlubedilməzdir - Şarl Mişel

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb. Sozcu.az xəbər verir ki, bunu Ş.Mişel tviterdə yazıb. “Ukrayna məğlubedilməzdir. Bizim dəstəyimiz və dostluğumuz sarsılmazdır”, – o bildirib. Qeyd edək ki, V.Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir. Xatırladaq ki, “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.

G7 ölkələri Rusiya ilə bağlı Çinə çağırış etdi

G7 ölkələri Çini qoşunlarını Ukrayna ərazisindən çıxarmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə G7 ölkələrinin bəyanatında qeyd olunub. “Biz Çini Rusiyaya hərbi təcavüzünü dayandırması və qoşunlarını dərhal, tamamilə və qeyd-şərtsiz Ukraynadan çıxarması üçün ona təzyiq göstərməyə çağırırıq”, - bəyanatda bildirilib.

Zelenski Yaponiyada səfərdədir

Ukrayna Prezidenti Vladimir Zelenski mayın 20-də Yaponiyaya səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram hesabında məlumat yayıb. “Yaponiya. G7. Ukraynanın tərəfdaşları və dostları ilə mühüm görüşlər. Bizim qələbəmiz üçün təhlükəsiz və artan əməkdaşlıq. Bu gün dünya daha yaxın olacaq”, - Zelenski qeyd edib. Xatırladaq ki, bu gün Zelenskinin G7 sammitində iştirak edəcəyi gözlənilir.

CNN: "ABŞ Ukraynaya F-16 qırıcılarının verilməsinə mane olmayacaq"

"ABŞ müttəfiqlərinin Ukraynaya F-16 qırıcıları verməsinə mane olmayacaq". Bu barədə CNN telekanalı məlumat yayıb. Bildirilib ki, Cozef Bayden administrasiyası son həftələrdə avropalı müttəfiqlərinə ABŞ-ın Ukraynaya F-16 döyüş təyyarələri ixracına icazə verəcəyinə dair siqnal verib. Məlumata görə, müttəfiqlər məsələ ilə bağlı qərar verərsə, Ağ ev Ukraynaya həmin qırıcıların tədarükünü təsdiqləməyə hazırdır. CNN qeyd edib ki, administrasiya rəsmiləri müttəfiqlərdən F-16-ların ixracı ilə bağlı müraciət almadıqlarını da bildiriblər. Məlumata əsasən, adətən, üçüncü tərəflərə bu cür göndərişləri təsdiqləmək üçün sənədləşmə işləri ilə ABŞ Dövlət Departamenti məşğul olur. Qeyd edək ki, bir müddət əvvəl “Politico” başqa ölkələrin Ukraynaya F-16 qırıcıları verməsinə Pentaqonun etiraz etmədiyini söyləmişdi. Vurğulanıb ki, F-16-ları və ya başqa hərbi texnikanı, sistemi ABŞ-dan almış ölkələr onu üçüncü tərəfə tədarük etməzdən əvvəl Vaşinqtondan icazə almalıdır. Bu döyüş təyyarələrinin Kiyevə təhvil verilməsi məsələsinin bu ilin iyulunda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO-nun növbəti sammitində müzakirə olunacağı da gözlənilir

450-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 450-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 201 760 hərbçi, 3777 ədəd tank, 7377 ədəd zirehli döyüş maşını, 3210 ədəd artilleriya sistemi, 564 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 319 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6083 ədəd avtomobil texnikası, 2769 ədəd PUA, 1011 qanadlı raket, 18 gəmi/qayıq, 418 xüsusi avadanlıq itirib.

Kiyev səmasında iki "Xəncər" vuruldu

Ötən gecə Kiyev səmasında Rusiyaya məxsus daha iki "Xəncər" raketləri vurulub. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç çıxış edib.