“Zod qızıl mədənində işlər tamamilə dayandırılıb”.
Sozcu.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.
Qeyd olunub ki, bir neçə gün əvvəl Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan mədənin işçiləri ilə görüşüb, onlardan konkret addımlar atmaq üçün aprelin 25-nə qədər gözləməyi xahiş edib.
“Bu gün qubernator yenidən mədəninin işçiləri ilə bir araya gəlib və bildirib ki, yatağın fəaliyyəti dayandırılır, mədən bundan sonra işləməyəcək.
Mədəndəki fəhlələrdən birinin dediyinə görə, qubernator onlara bu ayın maaşının 1/3-ni alacaqlarını, 40 işçinin Rusiyanın hansısa zavodunda işlə təmin olunacağını, qalanlarının isə öz işləri ilə məşğul olacağını deyib.
Zod qızıl mədənində əsasən Vardenis icmasından olan 800-dən çox insan işləyirdi”, – deyə Hraparak yazır.konkret)