Ürəkdən ölənlər... - Azərbaycan dünyada ikincidir

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına əsasən, ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yerdədir. Bu xəstəlik gün ərzində minlərlə insanın ölümünə səbəb olur. Azərbaycanda da ürək, qan-damar sistemi xəstəlikləri ilə bağlı vəziyyət ürəkaçan deyil.

Sozcu.az xəbər verir ki, bu barədə dünyaca məşhur statistik mənbələrdən biri olan "worldlifeexpectancy"-nin apardığı araşdırmada qeyd olunur.

Ürək, qan-damar sistemi xəstəlikləri səbəbindən baş verən ölüm hallarına görə Azərbaycan Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Belə ki, Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi 388.41 olub.

Siyahıda üçüncü Özbəkistan, dördüncü Ukraynadır. Qafqaz ölkələrindən Gürcüstan 24-cü, Ermənistan isə 28-ci yerdədir.

Qardaş Türkiyə riskin daha az olduğu ölkə kimi dəyərləndirilərək reytinq siyahısında 127-ci yerdə qərarlaşıb. Qonşu Rusiya isə siyahıda 27-cidir. Digər postsovet ölkələrindən Belarus 10, Qırğızıstan 16, Moldova 18, Qazaxıstan 35, Latviya 49-cu yerdə müəyyənləşib.

Share on Facebook