Rusiya qoşunları Donetsk vilayətində geri çəkilir...

"Rusiyalıların lokal uğurları onların səxavətlə qan tökdükləri mövqelərdən geri çəkilməsilə nəticələnəcək..."

"Rusiya ordusu bundan sonra hücum etmək qabiliyyətinə malik deyil..."

"Heç bir geriyə çəkilməkdən söhbət getmir, Rusiya MN-nin Hərbi-Desant Qoşunları Baxmuta daxil olur..."

Rusiyanın Kremlə müxalif  "Novaya qazeta Yevropa" nəşri Rusiya qoşunlarının Donetsk vilayətində əvvəllər tutduqları mövqelərdən geri çəkilməsi haqqında məlumat verib.

Sozcu.az xəbər verir ki, bu barədə "charter97.org" nəşri məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Rusiya ordusu Avdeyevka yaxınlığında "şimal çıxışı"ndan bölmələrini geri çəkir. 

"Vodyanoye kəndi yaxınlığında cənub çıxışında hələ ki, tab gətirir, lakin oradan da yaxın iki gündə geri çəkilə bilər. Uqledardakı mövqelər tərk edilib. Orada hazırda on km dərinlikdə olan boz zona yaranıb. Rusiya Silahlı Qüvvələri Volnovaxaya çəkilir. Marinkada hələ ki, cəbhəni saxlaya bilir, lakin orada qoşunların sayı azdır.

Baxmutda USQ gecədən əvvəllər "vaqnerçilər"in mərkəzdə ələ keçirdikləri məhəllələri geri almağa başlayıb. Yavaş da olsa, uğurla irəliləyir. Hər şeydən göründüyü kimi, Rusiya SQ Baxmutdan şimala və cənuba geri çəkilməyə hazırlaşır", - həmsöhbət müxbirlərə deyib.

Jurnalistlər həmçinin "Volya"  "Telegram-kanal"a istinad edir. Orada "Novaya qazeta"nın mənbəyinin məlumatı təsdiqlənir. Bu zaman qeyd edilir ki, söhbət o mövqelərdən gedir ki, onların uğrunda döyüşlər müharibənin əvvəlindən aparılıb, rusiyalı "hərbi müxbirlər" həlledici hesab edib və hələ payızda əmin ediblər ki, məhz oradan Rusiya SQ  Avdeyevkanı uğurla mühasirəyə ala biləcək".

"Volya"nın müəllifləri hesab edir ki, " hazırda Rusiya SQ bütün lokal uğurları, böyük ehtimalla, onların səxavətlə qan tökdükləri mövqelərdən geri çəkilməsilə nəticələnəcək".

"Novaya qazeta"nın sorğu keçirdiyi mütəxəssislər Rusiyanın geri çəkilməsinin iki səbəbini açıqlayıb. Birincisi, Rusiya SQ bölmələri bundan sonra hücum etmək qabiliyyətində deyil, çünki insani və maddi resursları tükənib. İkincisi, USQ-nin fəal hərəkətləri rusiyalı generallara göstərib ki, cəbhə eyni zamanda bir neçə yerdən yarıla bilər. 

Ona görə Donetsk, Yasinovataya və Qorlovka ətrafında möhkəm müdafiə yaratmaq, habelə Volnovaxa ətrafında müdafiəni möhkəmləndirmək məqsədilə təmas xəttini qısaltmaq qərarı verilib.

Hərbi-hüquqi araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musiyenko da təxminən eyni fikirdədir. O, hesab edir ki, Rusiya qoşunları hücum potensialını tükəndirərək, əvvəlcədən hazırlanmış müdafiə mövqelərinə geri çəkilir. Mütəxəssis qeyd edir ki, Rusiya qoşunlarının hücumu və müdafiə xətləri və möhkəmləndirilən rayonların hazırlığı paralel olaraq aparılıb.

"Belə təəssürat yaranıb ki, hücuma keçərkən, rusiyalılar müdafiəyə çəkiləcəklərinin labüdlüyünü artıq anlayıb. Hazırda, hər şeydən göründüyü kimi, bu məqam yetişib. 

Düşünürəm ki, biz indi Rusiyanın diqqətinin USQ-nin çəkindirilməsi üçün artilleriyadan istifadə etməyə yönələcəyini görəcəyik. Rusiyanın hələ hansısa sayda mərmiləri qalıb", - Alekdandr Musiyenko qeyd edib.

"Novaya qazeta Yevropa" alternativ fikirlərə də yer ayırıb. Belə ki, ukraynalı hərbi ekspert Oleq Jdanov adıçəkilən rayonlarda döyüşlərin intensivliyinin aşağı düşməsini başqa amillərlə əlaqələndirir.

"Baxmuta Rusiya MN Hərbi-Desant Qoşunları daxil olur. Rusiya MN Baş Qərargah rəisi Valeri Gerasimov köhnə komandanı toplayır və əvvəllər vəzifələrdən azad edilmiş generalları, o cümlədən Aleksandr Lapini geri qaytarır. Heç bir geriyə çəkilmədən söhbət getmir. Döyüş əməliyyatlarının intensivliyi yolların palçıqlı olması ilə bağlıdır", - Jdanov hesab edir.

Share on Facebook