Putinə qarşı təzyiqi davam etdirəcəyik - Bayden

ABŞ və Kanada Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etmək siyasətini davam etdirməyə hazırdır.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Kanada Baş naziri Castin Trudo ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.

“Biz tarixi sanksiyalarımızla Putinə qarşı təzyiqi davam etdirəcəyik”, - Bayden bildirib.

Eyni zamanda, Bayden ABŞ və Kanadanın Ukraynaya ehtiyac duyduğu hərbi təlimi, texnika və humanitar yardımı davam etdirəcəklərini qeyd edib.

Share on Facebook