Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezidentliyə namizədlikdən geri çəkilməyəcək.
Sozcu.az xəbər verir ki, bu barədə tviter səhifəsində türkiyəli jurnalist İsmail Saymaz yazıb.
O, iddiasını CHP-dəki mənbələrdən əldə etdiyi informasiyaya istinadən bölüşüb. Belə ki, Kılıçdaroğlunun seçkilərdə namizəd kimi iştirak etmək qərarının üzərində durduğu vurğulanıb.
Qeyd edək ki, dünən "Altılı Masa"nın toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.
İYİ Partiya idarə heyəti Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə sədr Meral Akşener "Altılı Masa"nı tərk etdiklərini elan edib.modern