İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 5-də saat 22:10-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində DSX və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1000 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.