2040-cı ilə qədər bəşəriyyət Marsa çata biləcək.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson “El Mundo” qəzetinə müsahibəsində deyib.
“2040-cı ilə cəmi 17 il qalıb. Aya çatmaq üçün üç-dörd gün lazımdır, lakin Mars daha uzaqdadır”, – deyə Nelson bildirib.
O qeyd edib ki, Yerdən qırmızı planetə getmək təxminən səkkiz il çəkəcək. Astronavtlar geri qayıtmaq üçün Marsda tam iki il qalmalı olacaqlar.