Gürcüstanda etiraz aksiyaları keçirilir

Tiflisdə Gürcüstan parlamentinin binası yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.

Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Aksiya səbəbindən parlament binasının yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti iflic olub.

Eyni zamanda, aksiya Batumidə də keçirilir.

Aksiyaçılar təkrar parlament seçkilərinin keçirilməsini və son iki ayda saxlanılan etirazçıların azadlığa buraxılmasını tələb edirlər.

Share on Facebook