Ukrayna Silahlı Qüvvələrinin general-polkovniki Aleksandr Sırski yenidən Baxmuta baş çəkib.
Sozcu.az "Unian"a istinadən xəbər verir ki, o, şəhərin müdafiəçiləri ilə görüşüb.
"Ön cərgədə olan komandirləri və əsgərləri ziyarət etdim. Onların hər biri müharibə tariximizin yeni səhifəsinin müəllifidir. Aktiv müdafiə prinsipindən istifadə edərək, əlimizdən gələni edirik. Baxmut yaxınlığında bəzi istiqamətlərdə əks-hücumla bağlı hərəkətə keçirik. Düşmənin daha çox resursu var, amma biz onun planlarını məhv edirik”, - deyə o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.