Birinci siniflərə qeydiyyatın başlamasından bir həftə keçməsinə baxmayaraq, bəzi valideynlər hələ də buna nail ola bilmirlər.
Qarşıdakı aylarda uşaqlarını 1-cı sinfə göndərəcək valideynlər indidən problemlə üzləşiblər.
Onlar bildirirlər ki, yaşadıqları yerə yaxın ərazidə övladlarını məktəbə qoya bilmirlər.
Məsələyə Elm və Təhsil Nazirliyi münasibət bildirib.
Nazirlikdən qeyd olunub ki, bu hal müvəqqətidir və yalnız sıxlıq olan məktəblərdə bu qayda tətbiq olunur. Prioritetlər üzrə qəbuldan sonra digər uşaqlara da şərait yaradılacaq.
Qeyd edək ki, bu problemlə daha çox yaşadığı yerdə qeydiyyatda olmayan, övladları həmin məktəblərdə oxumayan ailələr üzləşiblər.
Bəs bu problemin yaşanmaması üçün nə edilə bilər?
Ekspert Elşən Qafarov təklif edir ki, elektron sistem daha öncədən və daim açıq olmalıdır. Onun sözlərinə görə, belə olarsa, neqativ halların qarşısını vaxtında almaq mümkün olar.
Mövzu ilə bağlı daha ətraflı "Xəzər Xəbər"in videomaterialda: