“İran konfransi”nda, “Azərbaycan müharibəyə başlamalıdır” – deyən təşkilat sədrinin İrana girişi yasaqlandı

Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İB-nin sədri İlqar Əlinin İrana girişinə qadağa qoyulub.
Sozcu.az xəbərinə görə, İlqar Əli bildirib ki, İranda keçirilən konfransda etdiyi çıxış tərəflərin xoşuna gəlməyib:

“Bu gün İrana gedərkən İİR -nın sərhəd-gömrük xidmətinin əməkdaşları mənim İrana girişimə qadağa qoyulduğunu bildirdilər. Görünür iki ay bundan öncə Təbriz və Ərdəbil konfransındakı çıxışım tərəflərin xoşuna gəlməyib.

İlqar Əli onu da bildirib ki, indiki səfəri İranda olan qohumları ilə görüşmək olub:

Dostlar, mən İrana qohumlarımla görüşmək və xeyir şər olduqda getmişəm. Ancaq oktyabrın 13-17 -si arasında Təbriz və Ərdəbil şəhərlərində keçirilən Qarabağla bağlı konfransda iştirak etmişəm. Çıxışlarımda da tam obyektiv olmuşam ki, Qarabağın azad olunmasının bir yolu var, o da Azərbaycan ordusunun müharibəyə başlamasıdır. İndiki səfərim isə qohumlarla görüşmək idi.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında QAT sədri Akif Nağı başda olmaqla bir neçə QHT rəhbərlərinin İrana səfərləri olmuşdur və bu səfərlər cəmiyyətdə birmənalı qarşılanmamışdır.

Facebook Comments