“Laçında erməni qalmayıb” – Rusiyalı sülhməramlılar

Rusiyalı sülhməramlılar Laçın şəhərini nəzarətə götürüb.

Sozcu.az xəbər verir ki, sülhməramlı qüvvələr Laçın dəhlizinə daxil olan Laçın rayonunda erməni hərbçilərin və dinc sakinlərin qalmadığını açıqlayıb.

“2020-ci il dekbarın 1-i Laçın rayonu heç bir insidentsiz Azərbaycana təhvil verildi. Sakinlər yerli administrasiya tərəfindən öncədən xəbərdar edilmişdi və şəhəri tezliklə tərk etdi. Hazırda Laçında dinc sakinlər qalmayıb. Üçtərəfli razılaşmaya əsasən, Laçın şəhəri Azərbaycana qaytarılsa da, Laçın dəhlizi nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün rusiyalı sülhməramlıların nəzarətində qalacaq” – deyə açıqlamada deyilir.

Facebook Comments