Ağsuda şəhid ailəsi məmur diqqətsizliyindən narazıdır: “Dəfndə də iştirak etmədilər”

Ağsu rayon Çaparlı kənd sakini, şəhid atası Rəhimov Elçin Rəhim oğlu rayon rəhbərliyinin şəhid ailələrinə qarşı biganəliyindən şikayət edir.

Bu barədə Sozcu.az saytına müraciət edən şəhid atası bunları deyib:

“Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iki övladım könüllü şəkildə cəbhəyə getdilər. Övladlarımın ikisi də düşmənə qarşı qəhramancasına döyüşüşüblər. Böyük oğlum Rəhimov Yalçın xüsusi təyintlıların “maxe”si idi. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə Yalçın şəhid oldu. Noyabr ayının 13-də övladımın nəşni yaşadığımız Ağsu rayon Çaparlı kəndində dəfn etdik. Ağsu rayon rəhbərliyindən heç kim şəhidin dəfnində iştirak etmədi. Bu günə qədər də rayon rəhbərliyindən heç kimi bizim qapımızı açıb, bizə başsağlığı belə verməyib”.

Prezident İlham Əliyevə müraciət edən şəhid atası prezidentdən şəhid ailələrinə biganə münasibət göstərən məmurların cəzalandırmasını xahiş edib:

“Mən sizin sayt vasitəsi ilə uzumu cənab prezidentimizə tutub, ondan xahiş edirəm ki, şəhid aiələrinə biganə münasibət sərgiləyən məmurları cəzalandırılsın. Bu cür məmurlar anlamalıdırlar ki, onların vəzifəsi xalqa xidmət etməkdir və onlar şəhidlərimizin axan qanlarının hesabına müstəqil Azərbaycanda vəzifə sahibləri olublar. Mən yas məclisinin bütün xərclərini, bayraqları, həyətdə qurudğumuz çadırı borc pul alaraq təşkil etdim. Olmazdımı ki, rayon rəhbərliyi şəhid ailələrində, ən azı yas günləri ərəfəsində nələrin çatıb-çatmadığı ilə maraqlansın?”

Şəhid atası qeyd edib ki, Ağsuda  bu cür biganəliklə üzləşən şəhid ailəsi tək onların ailəsi deyil:

“Məmur biganəliyi ilə üzləşən ailə tək biz deyilik. Maraqlanan olsa bir çox şəhid ailələri bizim durumumuzdadır. Ağsunun məmurları şəhid ailələri ilə maraqlanmırlar”.

Anar Rəsullu

Facebook Comments