“Hərbi təlimləri gələcək döyüşlərin hazırlığı kimi görürəm…”

“Əgər biz Azərbaycan-Türkiyə təlimlərinin tarixçəsinə baxsaq görərik ki, bu getdikcə genişlənir, daha çox nümayiş xarakteri daşıyır”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib. O, Azərbaycan-Türkiyə Ordusunun təlimlərinin düşmənə ciddi bir mesaj olduğunu bildirib:

“Azərbaycan-Türkiyə təlimləri daha geniş şəkildə Naxçıvanla yanaşı, digər regionlarımızda da keçiriləcək. Bundan öncə isə Türkiyə prezidenti və müdafiə naziri Tovuz hadisələri ilə bağlı danışarkən Azərbaycanın yanında olduqlarını və onlara layiqli cavab veriləcəyini bildirmişdilər. Əslində bu qarşı tərəf üçün ciddi bir nümayişdir və mən bu təlimləri gələcək döyüşlərin hazırlığı kimi görürəm. Əgər biz Azərbaycan-Türkiyə təlimlərinin tarixçəsinə baxsaq görərik ki, bu getdikcə genişlənir, daha çox nümayiş xarakteri daşıyır. Bu mənada əlbəttə ki, təlimlərin təsirləri regionda və Ermənistan tərəfinə ciddi bir xəbərdarlıqdır”.

Facebook Comments