Koronavirusdan bəhs edən 3 jurnalist yoxa çıxdı…- FOTOLAR

Çində Uhandakı koronavirusun yayılmasını işıqlandıran jurnalistlər yoxa çıxıb. Onlar izdihamlı meyitxanalar və xəstəxanalardan videolar çəkərək epidemiyanın həqiqi dərəcəsindən danışıblar.

Sozcu.az xəbər verir ki, bu haqda “Daily Mail” nəşri yazıb.

Söhbət 3 çinli reportyordan gedir: -Çen Tsiuşi, Fan Bin və Li Zexua. Onlar 6 fevraldan 26 fevraladək yoxa çıxıblar. Jurnalistlərin harada olduğu hələ məlum deyil.

Onlardan biri yoxa çıxmadan əvvəl həbs olunub: temperaturunu ölçməyə çalışan məmurlarla vuruşmasını əks etdirən görüntüləri yayılıb. Digər bir müxbir Uhandakı Virusoloji İnstitutu ziyarət etdikdən sonra onunla gizli polis maraqlana bilərdi. Üçüncüsü isə epidemiyanın episentrindəki müvəqqəti bir hospitala baş çəkməyi planlaşdırıb.moderator

Facebook Comments