Qarabağ ermənilərinin dini lideri separatçı siyasətçiləri başına yığdı və…-VİDEO

“Artsax 2020-ci ildə daha güclü olmalıdır” –söylədisə, torpaqları 30 ilə yaxındır işğal altında qalan bizim dini liderlər nə deməlidir?..

Vicdanı olan ermənilərin Qarabağda at oynatmasına baxıb qəti sözünü deməlidir…Demirsə, deməli, doğrudan da heş vicdan nə olduğunu da bilmir…

Erməni apostol kilsəsinin qanunsuz Qarabağ yeparxiyasının rəhbəri, arxiyepiskop Pargev Martirosyan qondarma rejimin üzdəniraq siyasi liderlərini görüşə dəvət edib.

Sozcu.az xəbər verir ki, bu barədə Xankəndidəki “Artsax” adlı “ictimai televiziya” məlumat yayıb.

Görüşə əsasən “prezidentliyə namizəd” olanlar qatılıb. Separatçı rejimin qanunsuz “qanunverici orqanı”nın rəhbəri Aşot Qulyan, “baş diplomat” Masis Mailyan və keçmiş “təhlükəsizlik katibi”, “Qarabağ qəhrəmanı” general Vitali Balasanyanın da iştirak etdiyi görüşdə Qarabağın baş keşişi bəyan edib:

“Artsax siyasi mübarizənin bu mərhələsindən daha güclü və parçalanmamış vəziyyətdə çıxmalıdır…”

Qarabağ ermənilərinin dini lideri siyasi qüvvələri bunun təmin olunması üçün müəyyən məsuliyyət götürməyə çağırıb.

“2020-ci il martın sonunda “prezident” və “parlament” seçkiləri keçiriləcək. Mən, Artsax xalqının mənəvi atası olaraq, Allah qarşısında hər şey üçün məsuliyyət daşıyıram və ailəmdə hər şeyin dinc və həmrəylik şəraitində olmasını arzulayıram. Mən övladlarım arasında səngər qazılmasına icazə verməyəcəyəm” – deyə Azərbaycan torpaqlarının işğalını daim dəstəkləyən üzdəniraq din xadimi bildirib.

Maraqlıdır ki, baş keşişlə görüşdə qondarma erməni rejiminin rəhbəri Bako Saakyan iştirak etməyib. Tədbirə yalnız onun üzdəniraq, qatı türk düşməni olan mətbuat katibi David Babayan qatılıb.

P.S. Qarabağ ermənilərinin dini lideri “Artsax 2020-ci ildə daha güclü olmalıdır” –söylədisə,
torpaqları 30 ilə yaxındır işğal altında qalan Azərbaycan Respublikasının dini liderlər nə deməlidir?..

P.P.S. Vicdanı olan ermənilərin Qarabağda at oynatmasına baxıb qəti sözünü deməlidir… Demirsə, deməli, doğrudan da heş vicdan nə olduğunu da bilmir…(Moderator.az)

Facebook Comments