“Ermənilər Osmanlıda yazılı irs yaradıblar” – Ceyhun Nəbi

Ceyhun Nəbi

Bu yaxınlarda Türkiyənin ən güclü əski kitab satış yerlərindən olan “Turkuaz sahaf”a getmişdim. Sahafa iki bölmədən ibarət idi. Osmanlica və ermənicə kitablar bölümü. Osmanlı imperiyasında olan toplumlardan sadəcə ikisinin kitab mirası qalmışdı. Osmanlının müsəlman təmsilçiləri öz yerində, ikincisi xristian ermənilər idi. Kitablar, jurnallar, qəzetlər, afişalar, musiqi notları, sənət əsərləri və s. İmperiyanın gözə görünməyən toplumu, ən kiçik canlı zərrələri miras qoyub gediblər. Bunu gördüm heyrətləndim, məni qıcıqlandırdı. Bizə düşmən olan toplum elə iz qoyub ki, saatlarla necə özümə mənəvi təsəlli tapacağımı düşündüm. Öz dillərinin, dinlərinin, mədəniyyətlərinin hər zaman orjinallığını qorumağa çalışan ermənilər Osmanlıda yazılı irs yaradıblar.

Bir zamanlar bizim pullar, Bakı nefti hesabına Daşnaksütyun adlı partiya qurub erməni maraqları uğrunda işlər görənlər, Osmanlıda bu işə çox öncələr başlayıblar. Biz belə bir toplumla üz-üzəyik. Onlara güc gəlmək üçün, onları heyrətləndirmək üçün bütün elm və mədəniyyət sahələrində guclənməliyik. Nəşriyyatlarımızı artırmalı, musiqi və incəsənət sahələrində ciddi işlər görməli, siyasi dünyagörüşümüzü formalaşdirmaliyiq. Onlara silahların güc gəlməsi çox rahatdır, mədəni sahədə güc gəlməmiz üçün isə uzun zamanlar lazımdır. Zaman itirmədən iş başında olmalıyıq.

Facebook Comments