84 yaşılı qoca İnstaqram fenomenidir – FOTO

Yaponiyada yaşayan 84 yaşlı Silver Tetsuya bir anda İnstaqram fenomeninə çevrilib.

Sozcu.az xəbər verir ki, bu, təqaüddə olan Kimya müəlliminin nəvəsi sayəsində baş verib.

Belə ki, Tetsuyanın nəvəsi Naoya Kudo babasına müxtəlif paltarlar geyindirərək onun şəkillərini çəkir.

İddialı pozalar verən yaşlı kişi diqqət çəkməyi bacarıb və onun İnstaqram izləyicilərinin sayı durmadan artıb. Hazırda Tetsuyanın 150 minə yaxın izləyicisi var.(Milli.az)

Facebook Comments