Hadisədən boşanmamış Hülya Avşarın qızı ilə sevgili oldu

Müğənni Hadisə ilə boşanma ərəfəsində olan iş adamı Mehmet Dinçerler Rodos tətili zamanı Hülya Avşar və Kaya Çilingiroğlunun qızı Zehra Çilingiroğlu ilə görüntülənib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Mehmet və Zehra əvvəlcə dostlarının da olduğu bir məclisdə əylənib. Daha sonra isə onlar baş-başa şam yeməyinə çıxıb. Onların səmimi halları obyektivlərdən qaçmayıb.

Fotoların mediada yayılması onların eşq yaşadığı iddiasını ortaya atıb.

Qeyd edək ki, Hadisə və Mehmet apreldə nikah masasına oturub. Bir müddət əvvəl isə ifaçının konsertində mahnı oxuyarkən ağlaması ilə onların ayrıldığı ortaya çıxıb. Hazırda boşanma üçün tərəflər məhkəməyə müraciət ediblər.

Facebook Comments