Rusiya üzərində sürətli qələbə – General ssenarini açıqladı

Rusiya ilə müharibənin uzunmüddətli fazaya keçməsi qan tökülməsini davam etdirəcək və Çinin buna müdaxiləsi təhlükəsi yaradacaq.

Sozcu.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Avropadakı hərbi qüvvələrinin komandanı, ordu generalı Uesli Klark deyib.

Amerikalı general müharibənin uzanmasının qarşısının alınmasının yolunu da açıqlayıb:

“Bunun üçün Ukrayna Donbasda rus qoşunlarının hücumlarını dəf etməli, eyni zamanda, mərhələli şəkildə onları Xerson şəhəri və vilayətindən çıxarmalıdır. Krıma giriş də bağlanmalı və iki – şərq və cənub istiqamətində hərəkətə keçilməlidir. Ukraynanın bu istiqamətlərdə rus qoşunlarının qarşısını kəsəcək gücü olmalıdır”.

Klark hesab edir ki, Ukrayna ordusuna müasir silah və hərbi texnika, o cümlədən Amerika “F-16” qırıcıları verilsə, bunu etmək mümkündür.

“Bundan əlavə, mobil müdafiə olmalıdır. Bunun üçün tanklar, yaylım atəş sistemləri, helikopterlər, “F-16” və SU kimi təyyarələr lazımdır. Bu, həmçinin müvafiq logistik imkanlar və kəşfiyyat tələb edir”, – Uesli Klark vurğulayıb.

Onun fikrincə, Ukrayna NATO standartlarına keçmək üçün bu “imkanlar pəncərəsi”ndən istifadə etməlidir:

“Ukrayna yüksək hərbi normaları, lazımi ruhu və motivasiyanı qoruyub saxlasa, eləcə də dost ölkələrdən lazımi silah və texnika, o cümlədən MiQ-35, digər növ helikopterlər və təyyarələr alsa, uzunmüddətli müharibə ssenarisindən qaça biləcəyik”.

Facebook Comments