Ukrayna ordusundan şok hücum: 600 rus əsgəri öldü

Ukrayna ordusu Rusiyanın 155-ci əlahiddə dəniz piyadası briqadasının (h/h 30926, Vladivostok) təxminən yarısını məhv edib.

Sozcu.az xəbər verir ki, bu barədə jurnalist Roman Çimbalyuk məlumat yayıb.

Onun sözlərinə görə, rus qüvvələrinin bu qədər itki verməsinin səbəbi komandalığın tələsik qərarıdır:

“155-ci dəniz piyada briqadası 600-ə yaxın əsgər itirib, bir o qədər də yaralıları var. Bununla bərabər, şəxsi heyətin qida və sığınacaq yeri yoxdur”.

Facebook Comments