Tehranda azərbaycanlı fəal həbs olunub

Fevralın 17-də Tehranda yaşayan azərbaycanlı fəal Yaşar Təbrizi tanınmış yazıçı və kinorejissor Bəktaş Abtinin 40 mərasiminə qatıldığı üçün təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

O, bundan öncə yanvar ayının 8-də Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurularaq düşdüyü yerdə hadisə qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, Tehranın cənubunda yerləşən Rebat Kərim təcridxanasına aparılıb.

Son həbsdən sonra Yaşar Təbrizinin dəqiq taleyi, harada saxlanıldığı və nədə ittiham olunduğu barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Yaşar Təbrizi dinc mədəni fəaliyyətləriinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb.

Facebook Comments