Əli Əliyev həbs edildi

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev həbs edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsində qərar elan edilib.
Qərara əsasən, Ə. Əliyev barəsində 5 ay həbs cəzası verilib.

Məhkəmədə halı pisləşən partiya sədrinin üstünə təcili tibbi yardım çaörılıb.
Qeyd edək ki, DSX-nin polkovnik-leytenantı Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” yutub kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.

Onlar məhkəməyə Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər. Şikayət ərizəsində Ə.Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər – polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

Vəkil Cabad Cavadov hökmü qanunsuz adlandırıb.

Facebook Comments