İstanbulda İŞİD-ə qarşı əməliyyat: 9 nəfər saxlanıldı

Türkiyə polisi İstanbulda İŞİD-ə qarşı əməliyyatlar keçirib.

Sozcu.az xəbər verir ki, İstanbulun 5 rayonunda eyni vaxtda keçirilən əməliyyatlar çərçivəsində 9 nəfər saxlanılıb.

Şübhəli şəxslərin qaldığı ünvanda aparılan axtarışlar zamanı terror təşkilatına aid sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

Facebook Comments