Baydendən Putinə sərt xəbərdarlıq: Cavabı veriləcək!

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Co Bayden arasında videogörüş başlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, liderlərin geniş məsələlər ətrafında, o cümlədən Ukrayna sərhədləri ətrafında gərginlik, regionda təhlükəsizliklə bağlı fikir mübadiləsi aparması gözlənilir.

***

Putin və Bayden arasında təkbətək onlayn formatda görüş davam edir.

Bayden rusiyalı həmkarı ilə yenidən görüşündən dolayı şad olduğunu diqqətə çatdırıb.

***

Rusiya və ABŞ prezidentləri arasında onlayn formatda baş tutan danışıq başa çatıb.

***

Söhbət zamanı Bayden Putini Ukrayna ətrafında gərginliyi azaltmağa və diplomatiyaya qayıtmağa çağırıb.

Bu barədə Ağ Evin məlumatında deyilir.

Bayden Rusiya qoşunlarının Ukrayna sərhədinə yerləşdirilməsi ilə bağlı ABŞ və Avropa ölkələrinin narahatlığını qarşı tərəfə çatdırıb və qeyd edib ki, buna iqtisadi və digər vasitələrlə qətiyyətli adekvat cavab veriləcək.

Facebook Comments