Pakistan səfirliyi Azərbaycana başsağlığı verdi

Pakistanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Sozcu.az xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi Tvitter səhifəsində paylaşım edilib.

“Azərbaycan helikopterinin faciəvi şəkildə qəzaya uğraması və 14 peşəkar hərbçinin həlak olması xəbəri bizi kədərləndirib. Allah şəhidlərin cənnətdəki məqamını uca etsin. Hüznlü ailələr və qardaş Azərbaycan xalqı üçün dua edirik”, – başsağlığı mətnində bildirilib.

Facebook Comments