Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb – FOTO

Qubadlı rayonunda ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib.

Bu barədə Sozcu.az saytına Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Qubadlı rayonu ərazisindəki düşmənin tərk etdiyi hərbi mövqelərdən yeddi avtomat, iki pulemyot, bir qumbaraatan, bir minaatan qurğusu, 42 qumbara, 314 qumbaraatan mərmisi, 118 minaatan mərmisi, 280 müxtəlif növ alışdırıcılar, 22 minə yaxın müxtəlif çaplı patronlar, 31 partlayıcı vasitə və digər sursatlar aşkarlanıb.

Facebook Comments