7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq etdi

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib.

Sozcu.az xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub.

Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib.

Nəticədə direktor müavininin qabırğası sınıb, nəfəs borusu və bədəninin digər nahiyələri əzilib.

A. Hacıyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.Qafqazinfo

Facebook Comments