İsa Qəmbərin müalicə xərclərini hakimiyyət üzərinə götürüb? – Aydınlıq gətirildi

Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın sabiq başqanı İsa Qəmbərin bir neçə il öncə müalicə xərclərini hakimiyyətin üzərinə götürməsi ilə bağlı iddialara münasibət bildirib.

Sozcu.az-ın xəbərinə görə, A.Hacılı bildirib ki, deyilənlər həqiqətəuyğun deyil.

“Bunlar, sadəcə, söz-söhbətdir. Söz-söhbətlərin mənbəyini bilirəm. Birbaşa hakimiyyət deyil… Bu şayiələr hakimiyyət yandaşı olan bəzi dairələr tərəfindən yayılır. Mərkəzi Klinik Xəstəxanada İsa Qəmbərə heç bir güzəşt olunmayıb. Xərcləri İsa Qəmbərin yaxınları, qardaşı, müsavatçılar ödəyib”.

Facebook Comments