Zelenskinin Baydenlə görüşü: yaxın günlərdə elan olunacaq

Ukrayna Prezidenti Vladimir Zelenskinin amerikalı həmkarı Co Baydenlə görüş tarixi və proqramı yaxın günlərdə elan olunacaq.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlama verib.

“İndi bütün hazırlıqlar son mərhələdədir. Ümid edirəm ki, yaxın günlərdə ya mən, ya da Prezident Administrasiyası həm tarixi, həm də qarşıdakı səfərin proqramını açıqlaya biləcəyik”, – Nikiforov qeyd edib.

Facebook Comments