"Maşa yəhudiləri o qədər də xoşlamır, İsraildən isə zəhləsi gedir, bunu heç gizlətmir də..."
"Uzaqgörən və strateji düşüncəyə malik olan Satanovskinin bu çıxışı Kreml ilə XİN arasında fikir ayrılığından, bütövlükdə isə Rusiyada siyasi dəyişikliklərdən xəbər verə bilər..."
"Yevgeni Yanoviçlə peşəkar ünsiyyəti davam etməyi mümkün hesab etmirəm..."
Rusiyalı politoloq, Yaxın Şərq problemləri üzrə ekspert və "Solovyov LIVE" telekanalının aparıcısı Yevgeni Satanovski Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanın İsrail əleyhinə fikirlərini müzakirə edərkən emosiyalarına hakim kəsilə bilməyib.
Moderator.az xəbır verir ki, bu barədə "news.obozrevatel.com" nəşri məlumat yayıb.
"Solovyov LIVE" kanalının aparıcısı Yevgeni Satanovski Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanı "İsrail əleyhinə fikirlərinə görə" "içki düşkünü olan fahişə" adlandırıb.
Yeri gəlmişkən, bu gün Solovyovun doğum günüdür və əyləncə gecəsində ona bunu xatırlatmaq olar.
"Baxın, Maşa Zaxarova prinsipcə yəhudiləri o qədər də xoşlamır, İsraildən isə zəhləsi gedir, bunu heç gizlətmir də, daha bir içki düşkünü olan fahişədir, buna baxmayaraq, o, Xarici İşlər Nazirliyimizin spikeridir", - Satanovski deyib.
Milliyətcə yəhudi olan siyasətçini qıcıqlandıran Rusiya XİN-in bütövlükdə və o cümlədən Zaxarovanın mövqeləri olub.
Belə ki, bu günlər Rusiya diplomatiyasının rəsmi nümayəndəsi İsrailin Qəzza bölgəsindəki "Əl-Əhli" xəstəxanasına, guya, zərbə endirən yəhudi dövlətini hərbi cinayətlərdə və "qeyri-insani davranışda" ittiham edib.
İsrail Müdafiə Ordusunun apardığı təsqiqat dəlillərlə sübut edib ki, xəstəxanadakı partlayış "İslami-Cihad" qruplaşmasının uğursuz raket buraxılışı səbəbindən baş verib. Zaxarova bunu belə şərh edib: "Sadəcə, KİV-lərdə və sosial şəbəkələrdə şərh etmək deyil, faktları tədqim etmək lazımdır".
Rusiyada bir çoxları qeyd edir ki, Kremlyönlü ideoloqlar və, sadəcə, Satanovskinin də aid olduğu Putin rejiminə loyal olan funksionerlər adətən hətta bu və ya digər məsələlərdə fərqli mövqelər olanda belə ixtilaflar barədə açıq danışmaqdan yan keçir.
Uzaqgörən və strateji düşüncəyə malik olan Satanovskinin Zaxarova kimi nüfuzlu fiqura qarşı çıxışı Rusiyada siyasi dəyişikliklərdən, məsələn, Kreml ilə XİN arasında kəskin fikir ayrılıqlarından xəbər verə bilər.
Yeri gəlmişkən, bəziləri güman edir ki, Satanovskinin bu veriliş zamanı hansısa səbəbdən bir qədər özündə olmayıb və ona məxsus soyuqqanlıqdan məhrum olub.
Bu arada isə bəlli olub ki, Solovyov Satanovskini öz kanalından xaric edib.
"Mən Rusiya XİN, fövqəladə və səlahiyyətli səfirlər, cənab Boqdanov və xanım Zaxarovadan kanalımızın əməkdaşı Yevgeni Yanoviç Satanovski tərəfindən yol verilmiş məzmunca tamamilə ədalətsiz və formaca yolverilməz ifadələrə görə üzrxahlıq edirəm", - Solovyov "Teleqram-kanal"ında dərc edilən videomüraciətində bəyan edib.
Solovyov əlavə edib ki, "Yevgeni Yanoviçlə peşəkar ünsiyyəti davam etməyi mümkün hesab etmir".
Rusiya XİN bəyan edib ki, Solovyova üzrxahlıq etməyə dəyməz. "Başqasının günahını öz üzərinizə götürməyiniz Sizin insani keyfiyyətlərinizi göstərir, işləməkdə davam edəcəyik", - nazirlik Solovyovun üzrxahlığına münasibət bildirib.
Satanovski öz çıxışında həmçinin Boqdanovu sərxoşluqda ittiham edib və Rusiya XİN rəhbəri müavinin ərəblərdən pul aldığına eyham vurub.
Yevgeni Satanovski şərqşünas alim və iqtisadçıdır, Rusiya Yəhudi Konqresinin sabiq prezidentidir. O, təbliğatçı Solovyovun efirlərində tez-tez qonaq qismində çıxışlar edir.