Ukraynadan Budanovun vəziyyəti ilə bağlı açıqlama: “Əla vəziyyəti, əla sağlamlığı, yaxşı iştahı var”

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovla bağlı hər şey qaydasındadır. Sozcu.az xəbər verir ki, bunu Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib. “Əla vəziyyəti, əla sağlamlığı, yaxşı iştahı var”, - o bildirib. Yusov əlavə edib ki, Budanovla təxminən 10 dəqiqə əvvəl danışıb: “Onun planları çoxdur, işə hazırdır”. Qeyd edək ki, Kirill Budanovun Rusiya ordusunun Ukrayna Baş Kəşfiyyat İdarəsinin qərargahına raket zərbəsi endirməsi zamanı yaralandığı barədə məlumat yayılmışdı.

Norveç və Danimarka Ukraynaya 9 min artilleriya mərmisi tədarük edəcək

Norveç və Danimarka hakimiyyəti Ukraynaya əlavə 9 min artilleriya mərmisi tədarük etməklə bağlı razılığa gəliblər. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Norveç hökumətinin rəsmi saytında məlumat verilib. Qeyd edilib ki, Oslo Kiyevə mərmilər, Kopenhagen isə partlayıcı sursatlar göndərəcək.

Litva NATO-ya çağırış etdi: Rusiyaya cavab...

Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi Şimali Atlantika alyansından adekvat cavab tələb edir. Sozcu.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib. “NATO Baltikyanı ölkələrin müdafiəsi planlarını təkmilləşdirməlidir. Ümumilikdə Baltikyanı ölkələrin, xüsusən də Litvanın daimi müdafiəsini gücləndirmək lazımdır, çünki bizim ərazimiz həssasdır”, - nazir bildirib.

Rus ordusu Ermənistandan çıxarılır – Sabiq səfir

Hakimiyyət artıq Rusiya ordusunun Ermənistandan çıxarılması prosesinə başlayıb. Sozcu.az xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Ermənistanın Niderlanddakı sabiq səfiri Dzünik Ağacanyan deyib. Onun sözlərinə görə, bunun üçün Ermənistan cəmiyyətinin Zəngəzurdan keçən dəhlizlə bağlı danışıqlara birmənalı mənfi münasibətindən istifadə edilir: “Sənədin imzalanmasından qısa müddət sonra dəmir yolu üzərində nəzarət Qərb şirkətlərinə verilərsə, xarici qüvvələr Ermənistana daxil olarsa və AB missiyası NATO-nun hərbi mövcudluğuna çevrilərsə, təəccüblənmərəm. AB müşahidəçilərinin bu gün Ermənistanda olduqlarını nəzərə alsaq, bunu etmək çox asan olacaq”. O qeyd edib ki, Ermənistan sərhədləri, xüsusilə Türkiyə ilə sərhəd Rusiya hərbçiləri hesabına təhlükəsiz şəkildə qorunur.

Ruslar Baxmut yaxınlığında son bir həftə ərzində xeyli itki verib

Ruslar Baxmut yaxınlığında son bir həftə ərzində xeyli itki verib. Sozcu.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Rostov vilayətindəki hərbi hospitala hər gün 50-dən çox rus ağır vəziyyətdə gəlir: "Xəstəxana həddən artıq doludur və kifayət qədər tibbi personalın olmaması səbəbindən ağır yaralılar arasında ölüm nisbəti yüksəkdir".

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 472-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 214 660 hərbçi, 3909 ədəd tank, 7607 ədəd zirehli döyüş maşını, 3717 ədəd artilleriya sistemi, 600 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 362 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 299 ədəd helikopter, 6428 ədəd avtomobil texnikası, 3263 ədəd PUA, 1176 qanadlı raket, 18 gəmi/qayıq, 507 xüsusi avadanlıq itirib.

NATO Ukraynaya ordu göndərə bilər? - Estoniya

NATO ölkələri öz qoşunlarını Ukraynaya göndərməyi müzakirə etmir. Sozcu.az xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib. “Bütün dövlətlər Ukraynaya bu və ya digər şəkildə yardım göstərir. Amma heç bir ölkə bu müharibəyə müdaxilə etmək, öz ordusunu ona göndərmək arzusunu bəyan etməyib, mən belə planlar haqda eşitməmişəm”, - o bildirib. Qeyd edək ki, NATO-nun keçmiş baş katibi Rasmussen bildirmişdi ki, NATO Vilnüsdə keçiriləcək sammitdə Ukraynanın üzvlüyü və ya onun təhlükəsizlik zəmanəti ilə bağlı addımlar barədə qərar verməsə, alyansın üzvləri ayrı-ayrılıqda qoşunlarını Ukrayna ərazisi yerləşdirə bilər.

Bakı Vaşinqton danışıqlarını təxirə salıb?

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında gələn həftə Vaşinqtonda keçirilməli olan görüş Bakının xahişi ilə təxirə salınıb. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu məlumatı Ermənistan XİN yayıb. Ermənistan XİN-in məlumatında deyilir ki, ictimaiyyətə bu barədə təfərrüatlı məlumat veriləcək. Bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın iyunun 12-də Vaşinqtonda görüşəcəkləri bildirilmişdi. Azərbaycanın Turan agentliyinin müxbiri iyunun 8-də ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla sözü gedən görüşün təxirə salınacağını bildirmişdi. Mənbə bildirib ki, təxirə salınma “sırf” texniki səbəblərə görə baş verib: “Ararat Mirzoyanla Ceyhun Bayramov arasında görüş əvvəlcədən planlaşdırıldığı kimi iyunun 12-də və hətta gələn həftə də keçirilməyə bilər”. Mənbə deyib ki, söhbət sırf “logistika və qrafik” səbəblərindən gedir. İyunun 7-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Vedant Patel demişdi ki, Vaşinqtonda Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunu “səbirsizliklə” gözləyirlər. Bununla belə Patel görüşün qrafiki və dəqiq tarixi barədə məlumat verə bilməyəcəyini demişdi. Bundan əvvəl mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilmişdi. Tərəflərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr apardığı deyilirdi. Həmin görüşün yekunlarına dair ABŞ tərəfinin məlumatında deyilirdi ki, nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər: “Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.” AzadlıqRadiosu

NATO ölkələri Ukraynaya qoşun göndərəcək - Rasmussen

Ukrayna NATO sammitində üzvlük zəmanəti və keçid üçün təminat almazsa, alyansa üzv ölkələr Ukraynaya qoşun göndərə bilər. Sozcu.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib. O bildirib ki, əgər NATO Vilnüs sammitində Ukraynanın üzvlüyü ilə bağlı addımlar ata və ya onun təhlükəsizliyinə təminat verilməsi ilə bağlı qərar qəbul edə bilməsə, bəzi ölkələr fərdi şəkildə hərəkətə keçə bilər: “Polşa Ukraynaya konkret yardım göstərməkdə yaxından iştirak edir. İstisna etmirəm ki, Polşa milli səviyyədə bu kontekstdə daha çox iş görəcək, onun ardınca Baltikyanı ölkələr də. Ola bilsin ki, Ukraynaya qoşun da göndərilsin. Ukrayna Vilnüsdə heç nə əldə etməsə, Polşa koalisiya yaratmaq barədə ciddi düşünəcək. Ukraynanın belə hərbi yardım istəməsi tamamilə qanuni olardı”.

469-cu gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 469-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 212 030 hərbçi, 3873 ədəd tank, 7560 ədəd zirehli döyüş maşını, 3640 ədəd artilleriya sistemi, 594 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 352 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 299 ədəd helikopter, 6349 ədəd avtomobil texnikası, 3219 ədəd PUA, 1171 qanadlı raket, 18 gəmi/qayıq, 492 xüsusi avadanlıq itirib.

Legion "qüdrətli Rusiya" mifini darmadağın edir

Rusiyanın Azadlığı Legionu "qüdrətli və güclü" Rusiya haqqında mifləri darmadağın edir. Sozcu.az xəbər verir ki, bu sözləri Mariupol meri Pyotr Andryuşenko deyib. “Putin rejimi yenə də “qırmızı xətlər” haqqında danışa bilər. Lakin reallıq odur ki, Rusiya özünü müdafiə edə bilmir. Bütün bunlara baxdıqda, ötən ilin “Putin hücum edir”, “qırmızı xətlər” və s. yada düşür. Hazırda Rusiyaya münasibətdə mifologiya məhv edilir. Rusiyalı rusiyalını öldürməyə başlayanda bu, yaxşıdır”, - deyə o bildirib. Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu ötən gün Belqoroda növbəti dəfə hücuma keçib.

Pentaqondan Tayvan boğazı ilə bağlı açıqlama

Tayvan boğazında münaqişə baş versə, əsl fəlakət olar. ABŞ bölgədə sülhü qorumağa qərarlıdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib. “Səhv etməyin, Tayvan boğazında münaqişə fəlakətə səbəb ola bilər. Ona görə də biz oradakı sülh və sabitliyin qorunmasına sadiqik”, - Ostin bildirib.