Bakıda torpaq sürüşdü: Bu istiqamətdə hərəkət dayandırıldı

Bakının Səbail rayonunun ərazisində yerləşən Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb, hərəkət qismən məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb. "Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranmışdır. Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılmışdır. Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur. Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür", məlumatda deyilir.

Sabah hava necə olacaq?

Azərbaycanda aprelin 7-də arabir yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycan rayonlarında bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntlar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.

Məktəblərdə şagirdlərin davamiyyəti azalıb - Nazirlik

İki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilir: "Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır. Bununla yanaşı, hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır". Qeyd edilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir: "İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə kiçik yaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik".

Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI

"Bakıda və Abşeron yarımadasında yağıntıların martın 28-də də gün ərzində davam edəcəyi, bəzi ərazilərdə isə intensiv xarakter alacağı gözlənilir". Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, bu gün paytaxt Bakıda, Abşeron yarımadasında və eyni zamanda bölgələrdə intensiv xarakterli yağıntılar müşahidə olunur. G.Məmmədova əlavə edib ki, yağıntıların 29-u gündüz saatlarından etibarən tədricən kəsiləcəyi proqnozlaşdırılır: "Güclü yağıntılarla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində su basma hallarının olması istisna edilmir. Bölgələrdə də hazırda intensiv yağışlar müşahidə olunur. Dağlıq ərazilərdə - Qrız, Xınalıq və Şahdağ istiqamətlərində qar yağır. Ümumilikdə, 31-dək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olacaq. Xüsusilə şərq rayonlarında yağıntıların daha da güclənəcəyi ehtimal olunur. 31-i gündüz saatlarından isə yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır", - deyə direktor qeyd edib .

Bakıda "xruşovka"ların hamısı söküləcək? - AÇIQLAMA

Paytaxtdakı "xruşovka"ların dəqiq statistikası aparılmayıb, lakin təqribi hesablamalara görə 4 minə yaxın belə tikili mövcuddur". Bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə bu tikililərdən təqribən 1 500-ə yaxını söküləcək: "Təbii ki, bütün "xruşovka"lar bir anda sökülməyəcək, iş mərhələli şəkildə həyata keçiriləcək. Söküntü layihələri adətən tikililərin tipi ilə deyil, istismar müddəti və mərtəbə sayı əsasında qruplaşdırılır. "Xruşovka"lar bazarda hələ uzun müddət alqı-satqı predmetləri olaraq qalacaq. Hazırda bazarda bu binaların qiymətləri digər tikililərə nisbətən yüksəkdir və söküldükdən sonra onların yerində inşa olunacaq yeni tikililər qiymət baxımından daha çox olacaq. Ən çox bu tip binalar Yasamal, Nəsimi, Xətai rayonlarında, qismən isə Nərimanov rayonunda yerləşir. Burada yerləşən ərazilər mərkəzi və infrastrukturu inkişaf etmiş bölgələr olduğu üçün söküntü və yenidənqurma işləri əhəmiyyətlidir".

Hava kəskin dəyişir, güclü külək gəlir - Sarı XƏBƏRDALIQ

Bakıda və Abşeron yarımadasında, habelə bəzi bölgələrdə külək güclənəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Martın 17-də Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir,Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Salyan, Hacıqabul, Neftçala, Şirvan, Sabirabad, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Yevlax, Bərdə və Mingəçevirdə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Paytaxtda bu istiqamətlərdə sıxlıq var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Babək prospekti, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 11. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 12. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 15. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində; 16. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 17. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 18. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 19. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 20. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Ramazan bayramı namazının vaxtı açıqlandı

Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. “Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib”, - QMİ-dən bildirilib.APA

İlaxır çərşənbənin hava proqnozu: 17 dərəcə isti olacaq!

Martın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. Qeyd edək ki, sabah Novruzun sonuncu, yəni torpaq çərşənbəsidir.

Dilənçiliyə görə cəzalar tətbiq ediləcək

Azərbaycanda dilənçiliklə məşğul olmağa görə sanksiya, cərimə və həbs cəzaları tətbiq ediləcək. Sozcu.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavəsi təklif olunur. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək məbləğdə cərimə tətbiq olunacaq və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbsin tətbiqi nəzərdə tutulacaq. Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə 200 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq. Xatırladaq ki, qüvvədə olan məcəllədə dilənçiliklə məşğul olma əməli "Avaralıqla məşğul olma" kimi qeyd edilib.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Müavinət və təqaüd alanların nəzərinə!

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub. Bu barədə Sozcu.az-a ƏƏSMN-dən məlumat verilib. Beləliklə, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.