Ukrayna “Vaqner”lə əlaqəli şəxslərə sanksiya tətbiq edib

Ukrayna “Vaqner” özəl hərbi şirkətlə (ÖHŞ) əlaqəli şəxslərə, o cümlədən muzdluların fəaliyyətini təmin edən hüquqi şəxslərə sanksiya tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb. Bildirilib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurası “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojının qızları – Veronika və Polinaya sanksiya tətbiq edib. Bundan başqa, sanksiyalar altına “Vaqner” ləqəbli, adı çəkilən ÖHŞ-nin qurucusu sayılan Dmitri Utkin də düşüb. Ümumilikdə sanksiya siyahısına 164 fiziki şəxs və 85 şirkət daxildir. Onlara ticari, həmçinin başqa iqtisadi və maliyyə əməliyyatları yasaqlanır, eyni zamanda Ukrayna ərazisindəki aktivlərin dondurulması, texnologiyaların ötürülməsi qadağası və s. işə salınır.

Ermənilər ABŞ-da Azərbaycan səfirliyinin qarşısında təxribata əl atdı

Ermənilər ABŞ-də Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim tviterdə yazıb. “Ermənilər məhz bu gün Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”, – diplomat qeyd edib.

Ermənistanla sülh mümkündürmü? Arif Hacılının “Kavkazski uzel”ə cavabı

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycanla Ermənistan  arasında sülhün yaranmasının mümkün olduğunu bildirib. “Xocalı faciəsi azərbaycanlıların yaddaşından heç vaxt silinməyəcək. 1992-ci il fevralın 25-26-da biz 613 şəhid vermişik… 150 nəfər itkin düşüb, onlar haqqında bu günə qədər heç bir məlumat yoxdur. Amma bu o demək deyil ki, iki ölkə arasında heç bir danışıqlar aparılmamalıdır. Gələcək nəsillər bu faciəni xatırlayacaq. Amma xalqımızın əksəriyyəti sülhün mümkünlüyünə inanır… Təbii ki, iki dövlət arasında sülh müqaviləsi imzalansa, sərhədlər açılsa, diplomatik əlaqələr qurulsa, beynəlxalq hüquqa hörmət olarsa, o zaman iki xalqın dinc yanaşı yaşaması da mümkündür”, – deyə o, “Kavkazski uzel”in müxbirinə bildirib. A.Hacılı qeyd edib ki, hazırda Ermənistanda da  Türkiyə və Azərbaycanla sülh istəyənlərin sayı az deyil. Basta

Ukrayna rusların Su-25-ni məhv etdi

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Adveyevka kəndi yaxınlığında Rusiyaya məxsus Su-25 təyyarəsini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı deputat Musa Maqomedov deyib. O, pilotun girov götürüldüyünü bildirib.

Sülhü Krımı azad etməklə bərpa edəcəyik - Zelenski

Biz Krımı azad etməklə sülhü bərpa edəcəyik. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Rusiyanın Ukraynaya hərbi təcavüzü 9 il əvvəl, Krımın ilhaqı ilə başladı. Ora bizim torpağımızdır. Biz Ukraynanın hər yerində Ukrayna bayrağını dalğalandıracağıq”, - Zelenski bildirib.