Gündüzlər 1 saatdan çox yatmaq yaşlanarkən demensiya xəstəliyinin yaranma riskini 40 faiz artırır. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, Kaliforniya Universitetinin alimlərinin apardıqları təqdiqatlar belə deməyə əsas verib. Alimlər 14 il ərzində 1401 koqnitiv qabiliyyəti olan könüllü üzərində müşahidə aparıblar. 6 il sonra gündüzlər 1 saatdan çox yatan könüllülərin 24 faizində demensiya əlamətlərinin yarandğı müşahidə olunub. Alimlərin fikrinə görə, sağlam insanlarda əqli zəifliyin yaranma səbəbi gündüzlər yuxu saatının uzun olmasıdır. Gündüzlər 1 saatdan daha çox yatan yaşlı adamlarda demensiya əlamətlərinə 40 faiz çox rast gəlinib. Bildirilib ki, gündüzlər sadəcə 20 dəqiqə yatmaq beynin iş qabiliyyətinin ömrünü uzatsa da, uzunmüddətli və tez- tez yuxulamaq beynin yenidən özünü bərpa etməsi üçün xeyli zaman tələb edir.
Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir. Sozcu.az-ın xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanunun 6.6-cı bəndinin yeni redaksiyada verilməsi təklif olunur. Dəyişikliklə müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya hamin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilməyəcək. Qanunun hazırda qüvvədə olan 6.6-cı bəndi isə belədir: "Müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir".
Ramazan ayının gəlməsi ilə bərabər xurma da süfrələrin keçilməz nemətidir. İftarı xurma ilə açanlar, onun faydalarını da bilmək istəyir. Bakupost.az bu qidanın faydalarını təqdim edir. Xurmanın faydaları saymaqla bitmir. Bir çox önəmli vitamin, mineral və lif qaynağıdır. 100 qram xurmada 2.5 qram protein, 656 milliqram kalium, 75 qram karbohidrat, 43 milliqram maqnezium mövcuddur. Bu bitki beyin və sümük sağlamlığını dəstəkləyir, içərisində güclü antioksidantlar var. Xüsusilə, pəhriz saxlayan və şəkərdən uzaq durmağa çalışanlar üçün xurma ideal bir qidadır. Şirniyyat kimi yeyilən, şəkər ehtiyacını sağlam şəkildə qarşılayan xurmanın tumu da çox faydalıdır. Xurmanın tumu qaraciyər və böyrəkləri qoruyur. Bununla yanaşı, bədəndəki bütün toksinləri atır. Eyni zamanda, böyrək daşının düşməsinə də kömək olur. Öd daşının müalicəsi üçün də istifadə olunur. Bu həm də sızanaq izi, qara nöqtə kimi dəri problemləri yaşayanlar üçün faydalıdır. Bu maskanı hazırlamaq üçün xurma tumunu əzib bal ilə qarışdırın. Daha sonra bir fırça, ya da nəm pambıq ilə dərinizə vurun. 5 dəqiqə keçdikdən sonra ilıq su ilə durulayın.
Şirin qazlı sular və toyuq filesi uşaqların və yeniyetmələrin sağlamlığına ciddi zərər verə bilər. Sozcu.az xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya-1" telekanalında yayımlanan "О самом главном" verilişinin efirində deyib. Həkimin sözlərinə görə, şirin qazlı içkilərdə çoxlu şəkər var. Onun artıqlığı, aşağı fiziki fəaliyyətlə birlikdə, 15-16 yaşlarda tamamlanan sümük inkişafını 40 faiz azaldır. "Uşağı yeməyə alışdırmayın. Boşqabı doldurmayın, başa düşməlidir ki, konfet qadağandır", - həkim deyib. Myasnikov toyuq filesini də uşaqlar və yeniyetmələr üçün təhlükəli hesab edir. Onun sözlərinə görə, toyuq əti istehsal edən fabriklər onların yetişdirilmə dövründə qalxanabənzər vəzinə mənfi təsir edən antibiotiklər və hormonlardan istifadə edirlər. (publika.az)
Ramazan ayı boyunca oruc tutanların orqanizmi daim enerji sərf edir. İtirilən enerjini bərpa etmək, bir çox xəstəliklərdən qorunmaq üçün isə orqanizmə güc verəcək qidaların qəbulu lazımdır. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu zaman ən çox zərər görən orqanlardan biri də qaraciyərdir. Onun funksiyasını gücləndirmək və bərpa etmək üçün iftar zamanı ənginar yeyilməlidir. 1 ədəd ənginar qaraciyəri toksinlərdən təmizləyir. Böyrəyi təmizləmək və su ehtiyatını təmin etmək üçün isə imsak vaxtı cəfəri çayı için. Əgər qəbizlikdən əziyyət çəkirsinizsə, iftardan sonra razyana dəmləyib qəbul edin. Orucu şirniyyat və ya quru yeməklə açmayın. Mütləq şorba için. Bu sizi bağırsaq problemlərindən qoruyacaq. Orqanizminizdə azalan A vitaminini zənginləşdirmək üçün vəzəri yeyin./Axşam.az
Ramazan ayının əvvəlində olduğumuz bu günlərdə aclıq dövrünün uzun olması səbəbindən iftar və sahurda yemək-içmək qaydası çox önəmlidir. Yavaşlayan maddələr mübadiləsindən təsirlənməmək və enerji tarazlığını təmin etmək üçün diqqət yetirilməli məqamlar var. Moderator.az Ramazan ayında edilməməli olan 10 vacib məqamı diqqətinizə çatdırır. Sahura qalxmadan oruc tutmayın Ramazanda sahura qalxmadığınız zaman bədən çox uzun müddət ac qalır. Bu, əzələlərin parçalanmasına səbəb olur və maddələr mübadiləsini yavaşladır. Kökəlməyin ən əhəmiyyətli faktorlarından biri də məhz maddələr mübadiləsinin yavaşlamağıdır. Kalorili qidalarla bəslənməyin İftar və sahurda kaloriliqidalardan çəkinmək lazımdır. Səhər yeməyi üçün, mürəbbə, şokolad, bal, bəkməz, yağlı pendir yerinə, ağ pendir, pomidor, xiyar, göyərti, zeytun miqdarını şişirtmədən istehlak edilməlidir. Yumurta həm çox keyfiyyətli zülal qaynağı, həm də doyurucu xüsusiyyəti olduğu üçün üstünlük verilməlidir. Qızartma və xəmir yeməkləri yeməyin Sahurda və iftarda qızartma və xəmir xörəkləri istifadə edilməməlidir. Xüsusilə sahurda istehlak edilən belə yeməklər yatmadan əvvəl yeyildiyi üçün həzmsizlik və mədə narahatlığına səbəb ola bilər. Həmçinin gecələr maddələr mübadiləsinin yavaşladığını nəzərə alsaq, gecə yeyilən əlavə kalorili qidalar kökəlməyə səbəb olacaq. Düyü və makaron istehlak etməyin Ən keyfiyyətli karbohidrat çörək olduğu üçün düyü, makaron və bulqur plovu yerinə buğda çörəyinə üstünlük verilməlidir. Buğda çörəyi kimi keyfiyyətli çörəklər həm toxluq hissini artıracaq, həm də qan şəkərinin ani artımına səbəb olmayacaq. Mütəxəssislərin fikrincə, plov, makaron və bulğur plovundan birini yeyəcəksinizsə, mütləq bulğur plovunu seçməlisiniz. 1 dilim çörəyi, 3 xörək qaşığı düyü, makaron və bulğurla əvəzləyə bilərsiniz. Ağ çörək istehlak etməyin Bəyaz undan hazırlanmış çörəklər Ramazan ayında ən çox istehlak edilən məhsullardan biridir. O şəkərin və təzyiqin ani artmasına səbəb oloa bilər. Bu səbəbdən də ağ çörək yeyən zaman dadına baxmağınız kifayətdir. İftarda dərhal əsas yeməyə keçməyin Toxluq siqnalı beynə 20 dəqiqədən sonra çatdığı üçün iftar edib şorba içdikdən sonra 15 dəqiqəlik fasilə verilmək lazımdır. Bu fasilədən sonra əsas yeməyə keçə bilərsiz. İftar zamanı əsas yeməkdən əvvəl fasilə vermək nəinki yavaş yeməyi təmin edir, həm də porsiyaya nəzarəti asanlaşdırır. Bundan əlavə, qidalanmağa şorba ilə başlamaq təzyiqin qəfil qalxmasının qarşısını alır. Salatsız iftar süfrəsində oturmayın Salat mədənin həcmini doldura bilər və daha çox kalorili qidalar yeməyin qarşısını ala bilər. Bundan əlavə, salatdan alınacaq lif bağırsaq tənbəlliyini aradan qaldırmağa kömək edir. Salatınıza 1 çay qaşığı yağ əlavə etməyi unutmayın. Ancaq daha çox yağ salatın kalorisini artıracaq. Şirniyyatı çox yeməyin Çalışın desertdən alınan kalorini vitamin və minerallarla zəngin olan meyvələrlə əvəzləyəsiniz. Şirniyyat istehlak edəcəksinizsə, şərbətli desertlər yerinə südlü desert və ya dondurma yeyin. Ancaq yeməkdən dərhal sonra meyvə və ya şirniyyat yemək olmaz. Unutmayın ki, ən azı 2 saat ara verərək istehlak etməlisiniz. Əzələ itirməyin Protein qeyri-kafi istehlak edildikdə, əzələ zəifləməsi baş verə bilər. Bu səbəbdən Ramazan ayında zülal ehtiyacının qarşılanması vacibdir. İftar, sahur və ya qəlyanaltılarda protein mənbəyi; süd və süd məhsulları istehlak edilə bilən qidalar arasındadır. Bu yolla şirniyyata olan ehtiyacı ödəmək mümkündür. Bağırsaq tənbəlliyini azaltmaq və lazımi zülal almaq üçün kəfirdən də istifadə etmək faydalıdır. Susuz qalmayın Oruc tutan zaman bədən susuz qalır. Bunun qarşısını almaq üçün iftarla sahur arasında 10-12 stəkan su içmək faydalıdır. Ramazan ayında çay və qəhvə istehlakınızı mümkün qədər azaldın.
Əgər yuxusuzluq insanı uzun müddət narahat edirsə, bu ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bildirib. Onun sözlərinə görə, nevrotik pozuntular (gərginlik, fobiya, panik ataklar, depressiya və s.) yaranır, yaddaş itkisi, neyrodegenerativ xəstəliklər (məsələn, Alzheimer xəstəliyi), ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, immun sisteminin disfunksiyası, hormonal disbalans riski artır: “Yuxu orqanizmin bərpası üçün zəruri olan təbii bioloji prosesdir. Sağlam insan yuxusu orta hesabla sutkada 7-8 saat davam etməlidir. Normalda yuxu gecə saatlarında olmalıdır. İdeal olaraq, insan axşam saat 22:00 ilə 23:00 arasında yatmalı və 3-5 dəqiqə ərzində yuxuya getməlidir. Bu, sağlam yuxu üçün ən optimal vaxtdır. Bu zaman stress hormonu olan kortizolun səviyyəsi azalır, melatonin (yuxu hormonu) isə əksinə yüksəlməyə başlayır. Qeyd edim ki, yuxusuzluq qısamüddətli (kəskin yuxusuzluq) və ya uzunmüddətli (xroniki yuxusuzluq) ola bilər. Kəskin yuxusuzluq adətən stressdən yaranır və bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər. Ancaq bəzi insanlarda bir ay və ya daha çox davam edən xroniki yuxusuzluq halları da görülə bilər. Yuxusuzluqdan şikayət edən xəstələrin ən çox yayılmış qrupları bunlardır: 60 yaşdan yuxarı insanlar, elmi işçilər və yaradıcı peşələrlə məşğul olanlar, gecə saatlarında işləyənlər, tez-tez iqlimi və coğrafi mövqeyini dəyişməyə məcbur olanlar, psixi pozğunluqları və digər xroniki xəstəlikləri olan şəxslər. Yuxusuzluğun medikamentoz müalicəsi mütləq həkim tərəfindən təyin olunmalıdır, çünki bəzi dərmanlar arzuolunmaz yan təsirlərə səbəb ola bilər. Məsələn intoksikasiya, daxili orqan və sistemlərin zədələnməsinə gətirib çıxara bilər”. Həkim qeyd edib ki, yuxusuzluğun yaranma səbəblərinə depressiya, xroniki stress, emosional narahatlıq, gərginlik, yuxuya mane olan xarici amillər (səs-küy, işıq, isti hava), narahat ayaq sindromu; çox ağır fiziki yorğunluq; uzun müddət sürən ağrılar, aritmiyalar, hormonal pozğunluqlar, narkotiklərə məruz qalma, alkoqol və nikotinin istifadəsi, enerji içkiləri, burun çəpərinin əyriliyi və ya poliplər səbəbindən nəfəsalmanın pozulması, bəzi dərmanlar (məsələn, depressiya, yüksək qan təzyiqi və ya astmanın müalicəsində istifadə olunan dərmanlar), yuxu rejimində dəyişikliklər (məsələn, gecə növbələrində işləmək) daxildir.
İnsult xəstəliyinə qarşı öncədən nə qədər tez müalicə alınıb, tədbir görülərsə, bir o qədər zədələnmə az olar. Sozcu.az "Medicina"ya istinadən xəbər verir ki, insult beynin bir bölgəsinə qan axını kəsildikdə baş verir. Bunun səbəbi qan laxtalanması və ya qan damarının yırtılması ola bilər. İnsulta ya arteriyalarınızdan birində qan laxtalanması (işemik) və ya beyni qidalandıran qan damarının yırtılması (hemorragik) səbəb olur. Qan tədarükü kəsilərsə, beyin hüceyrələri ölə bilər ki, bu da həyatı əhəmiyyətli dərəcədə dəyişdirə bilər. • Xüsusi simptomlar beynin təsirlənmiş bölgəsindən qaynaqlanır və geniş şəkildə dəyişə bilər, baxmayaraq ki, birtərəfli zəiflik daha çox olur. • Bədənin bir tərəfində zəiflik və ya tam iflic (ayaqlar, qollar və ayaqlar daxil olmaqla) • Bulanıqlıq və ya görmə itkisi - xüsusilə bir gözdə qəfil görmə itkisi halında. • Çətin nitq və ya nitq pozğunluğu və ya düzgün sözləri istifadə edə bilməmək - bu, başqalarının nitqini başa düşə bilməmə ilə birləşdirilə bilər. • Çaşqınlıq və yaddaş itkisi • Başgicəllənmə və balansın itirilməsi kimi təzahür edir. • Belə hallar insanlar arasında müxtəlif amillərə görə baş verir. Bu amillərə aşağıdakılar daxildir: • Yaş - 55 yaşdan yuxarı insanların insult keçirmə ehtimalı daha yüksəkdir. • Ailə tarixi - Əgər yaxın bir ailə üzvü daha əvvəl insult keçiribsə, riskiniz daha yüksəkdir. • Etnik mənsubiyyət - Araşdırmalar göstərdi ki, Cənubi Asiya, Afrika və ya Karib dənizi insanlarının insult riski artır.
Planetin demək olar ki, bütün çaylarının sularını çirkləndirən antibiotiklər "superbakteriyaların" yaranmasına səbəb ola bilər. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, alimlər çay sularının yüksək səviyyədə antibiotiklərlə çirklənməsini aşkar ediblər. Bu, bütün dünyada insanların kütləvi ölümünə səbəb ola bilər. Tədqiqatçılar 72 ölkədən axan çayların suyunu sınaqdan keçiriblər. Məlum olub ki, onlardan 65-də ən populyar 14 antibiotikin izləri aşkarlanıb. Ən çox antibiotik Asiya və Afrika çaylarında tapılıb. Eyni zamanda Banqladeşdə çayda dərmanların konsentrasiyası yol verilən həddi 300 dəfə keçib. Alimlər qeyd edirlər ki, dərmanların qalıqları kanalizasiya ilə birlikdə çay sularına düşür. Bu, antibiotiklərin daimi təsiri altında mikroorqanizmlərin mutasiyaya uğrayaraq "superbakteriyalara" çevrilməsi ilə nəticələnir ki, bu da öz növbəsində 2050-ci ilə qədər milyonlarla insanın ölümünə səbəb olacaq.
Hepatit infeksiyası, əsasən çirklənmiş qida və su vasitəsilə baş verir. Xəstə ilə birbaşa əlaqə zamanı, həmçinin bir qabdan və ümumi tualetdən istifadə zamanı bu virus orqanizmə keçə bilər. Sozcu.az "Medicina"ya istinadən xəbər verir ki, virus insan əlində bir neçə saat, hətta otaq temperaturunda yeməkdə daha uzun müddət yaşaya bilir. Virus həmçinin əvvəllər kanalizasiya ilə çirklənmiş suda yaşayan qabıqlı balıqlar və ya emal zamanı çirklənmiş meyvə və ya çiy tərəvəzlər vasitəsilə də ötürülə bilər. Yüksək temperatur, istilik hepatit A virusunu tamamilə öldürür, lakin yemək bişirildikdən sonra çirklənə bilər. Virus kifayət qədər gigiyena bacarıqlarının olmaması və sanitar şəraitin zəif olduğu yerlərdə olur. İnsanların sıx olduğu yerlərdə sıx təmas nəticəsində insanlar arasında yayıla bilər. Hepatit A 4-10 gün davam edən hərarət, zəiflik və pis hiss, iştahsızlıq, ürəkbulanma və qusma, əzələ ağrıları ilə başlayır. Xəstəliyin növbəti mərhələsində qaraciyər prosesə qoşulduqda sidik qaralır. Daha bir-iki gün sonra gözlərin və dərinin ağları saralır (sarılıq), nəcis rəngsizləşir. Bu zaman ilkin qızdırma və ürəkbulanma yox olur. Xəstə ümumi qaşınma və qarın ağrısı hiss edə bilər. Bəzi insanlarda, xüsusən də uşaqlarda hepatit A asomptomatik ola bilər və buna görə də xəstəliyə səhv diaqnoz qoyula bilər.
Miqren - hamımızın bildiyi paroksismal baş ağrısıdır. Lakin bu xəstəliyin başqa bir forması da var. Sozcu.az "Medicina"-ya istinadən xəbər verir ki, Ggöz miqreni və ya atrial skotoma adlanan xəstəlik miqrenin digər formasıdır. Bu xəstəlik zamanı insanın görmə sahəsinin müxtəlif yerlərində müvəqqəti olaraq təsvir itir və titrəmə effekti yaranır. Bu xəstəliyə daha çox 30 yaşdan yuxarı qadınlarda rast gəlinir. Bu, görmə funksiyasının kəskin pozulması kimi baş verir. Bu zaman görmə sahəsində "kor nöqtələr" görünür, işıq parıltıları ilə əhatə olunur. Göz miqrenində görmə sistemində aşkar qüsurlar olsa da, bu patoloji nevroloji xarakter daşıyır. Onun simptomları beyində yerləşən vizual analizatorun pozulması ilə bağlıdır. Göz miqreninin ümumi simptomları parıldıyan ləkələr, yaxud həmin ləkələr yanıb - sönür və yenidən parlayır. Obyektlərin bulanıq konturları və bulanlıq görmə də göz miqreninin simptomlarıdır. Bu simptomlarla bərabər başqa simptomlar da özünü biruzə verir ; başın bir tərəfində cəmlənmiş silkələyici xarakterli baş ağrısı (belə bir simptom aura ilə migreni xarakterizə edir); • vizual hallüsinasiyalar; • görmə funksiyalarının pozulması; • ürəkbulanma və qusma; • çəpgözlüyün görünüşü; • yuxarı göz qapağının sallanması.
Uşaqlarda qarın ağrısı müşahidə olunarsa və bu narahatlıq davam edərsə, mütləq ərazi üzrə uşaq poliklinikasındakı sahə həkimi ilə əlaqə saxlamaq lazımdır. Sozcu.az Medicina.az-a istinadən xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 17 nömrəli Uşaq Poliklinikasının baş həkimi Gülər Paşayevanın sözlərinə görə, uşaqlarda qarın ağrıları çox ciddi xəstəliklərdən xəbər verə bilər: "Buna görə də biz - ilkin səhiyyə xidməti müəssisələri olaraq, uşaqlarda bu cür narahatlıq müşahidə edildiyi halda valideynlərin mütləq şəkildə ilkin səhiyyə xidməti müəssisələrinə müraciət etmələrini tövsiyə edirik. Uşaqlarda qarın ağrıları müxtəlif səbəblərdən baş verə bilər. Bu zaman valideyn sahə həkiminə (həkim-pediatra) müraciət etməlidir. Sahə həkimi müvafiq suallar verməklə, ağrının səbəblərini araşdırır və onu təyinatına uyğun ixtisas həkimlərinə və analizlərə yönəldir. Əgər uşaqda səhərlər ürəkbulanma, gecə yatanda dişlərini sürtmək, ağzından su axmaq kimi əlamətlər, anal-dəlik sahəsində qaşınma olursa, uşaq qurd analizinə yönləndirilir. Belə ki, göbək ərtafında, epiqastral nahiyədə, yemək qəbulu zamanı baş verən ağrılar mədə-bağırsaq xəstəliklərinin əlamətləri ola bilər. Bir çox hallarda qarında kəskin ağrılar təxirəsalınmaz cərrahi müdaxilərə gətirib çıxardır". Həkim-pediatrın sözlərinə görə, çox vaxt qarın ağrıları digər orqanların xəstəliklərində də özünü büruzə verir: "Məsələn, sidik kisəsi iltihabı, qəbizlik, kolit xəstəlikləri də qarın nahiyəsində dözülməz ağrılar verə bilər. Buna görə məsləhət görürük ki, vaxtaşırı sahə həkimlərində tibbi müayinələrdən keçsinlər". "Qarındır ağrıyır, keçər, heç nə olmaz" deyib, keçməyin. Bir daha qeyd edək ki, qarın ağrısı bir çox xəstəliklərin "carçı"sı ola bilər.