1. Zənginlik yalnız bir dəfə hər bir insanın qapısını döyür, lakin insanlar tez-tez qonşu salonda oturur və heç bir tıqqıltı eşitmir. © Mark Tven 2. Ən böyük səhvimiz, çox tez təslim olmağımızdadır. Uğura gedən ən düzgün yol isə hər dəfə yenidən cəhd etməkdən keçir. © Tomas Edison 3. Şəxsən mən qaymaqlı çiyələyi sevirəm, balıq isə soxulcanı. Buna görə də balığa gedəndə nəyi sevdiyim haqda yox, balığın nə sevdiyi haqda düşünürəm. © Deyl Karnegi 4. Uğursuzluq - nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. © Henri Ford 5. Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirmək mənasızdır. © Dalay Lama 6. Çox istedadlı olsanız da, var gücünüzü sərf etsəniz də bəzi nəticələr əldə etmək üçün vaxt lazımdır. © Uarren Buffett 7. Səhər oyananda nə edəcəyin haqda düşün. Axşam yatanda isə nə etdiyin haqda. © Pifaqor 8. Kasıb, yazıq, bədbəxt, uğursuz insanlar tez-tez “sabah” kəlməsini işlədir. © Robert Kiyosaki 9. Yaşlılar cavanlara həmişə qənaətcil olmağı tövsiyə edirlər. Bu, yaxşı məsləhət deyil. Pullarınızı özünüzə xərcləyin. © Henri Ford 10. Mən bunu istəyirəm. Deməli, bu olacaq. © Henri Ford 11. Mən məğlubiyyətə uğradım. Sadəcə işləməyən 10.000 yol tapdım. © Tomas Edison 12. Ağır iş - vaxtında etmədiyiniz yüngül işlərin cəmidir. © Con Maksvell 13. Əvvəllər deyirdim: “Hər şeyin bir gün dəyişəcəyinə ümid edirəm.” Sonra isə hər şeyi dəyişmənin bir yolu olduğunu anladım və özüm dəyişməli oldum. © Cim Ron 14. Bütün həyatım boyunca öyrəndiyim və həmişə əməl etdiyim dərs – hər zaman cəhd etmək, heç vaxt təslim olmamaqdır. © Riçard Brenson
Əgər getdiyiniz yolda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə çatdırmaz. Yanılmaq insanca, bağışlamaq müqəddəscə bir işdir. – Aleksandr Pop Bilirsən…Ürəyin çox dolanda, günəşin batmasına tamaşa etmək yaxşı olur… Ey eşq! Sən elə bir hissən ki, dünya toxları, sənin aclarındır.- Şəms Təbrizi. .- Şəms Təbrizi. Tale bəhanələr qəbul etmir. – Ziqmund Freyd Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq… Digəri hər şey möcüzəymiş kimi yaşamaq. Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan. – Mövlana Oxuyaraq öyrənəcəksən amma, sevərək anlayacaqsan – Şəms Təbrizi. Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir. – Bencamin Franklin Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən. – Mövlana Cəlaləddin Rumi Qadından mələklik gözləyirsənsə, Ona cənnətini sunmalısan . – Can Yücəl Məhəbbət teleskopdan, paxıllıq isə mikroskopdan baxır. -H.Şou Düşdüyümüz quyular sandığımız qədər dibsiz deyil əslində, yapışmağa çalışdığımız iplər çox qısadır. – Çarlz Bukovski Faktlar çoxdur, həqiqətsə – bir. – R. Taqor Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir. – Bencamin Franklin Nadan xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir. – C.Oppenheym Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. – Sədi Şirazi Qarının toxluğu müvəqqəti, gözün toxluğu daimidir. -Əbu Turxan Məntiq sübut alətidir, intuisiya – kəşf aləti. -Puankare Dünyada hər pislik daim cəhalətdən doğar. – Alber Kamyu Həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım. – Dostoyevski Qalib gələcəkmi cahanda kamal?! -Səməd Vurğun Dünya bir qonaq otağıdır. Bu otaqdan hamı ilə vidalaşıb, borclarını ödəyib, layiqincə, nəzakətlə ayrılmağı bacarmaq lazımdır. – Aleksandr Düma
Yıxılanda əlimdən tutan olmadı mənim, Dost sandığım insanlar üz çevirib, getdilər. Məni Allah qaldırdı yıxıldığım o yerdən, " Necə oldu bu qalxdı ?" deyə qeybət etdilər. Səbr elədim, dirəndim əzaba, çətinliyə, Nə zamankı ümid də qalmamışdı sabaha. Mən insana əl açıb demədim ki, yardım et, Yardımçün əl uzatdım xilaskarım Allaha. İndi həmin insanlar yıxılıblar özləri, Mən nə çəkdim çəkirlər,mən kənardan baxıram. Məni tək buraxdılar ağır, çətin anımda, Mən onları Allahla təkbətək buraxıram. Elçin Rəhimzadə
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti imtahanların 59 faizi test üsulu ilə keçiriləcək. Sozcu.az xəbər verir ki, bunu universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov deyib. O xatırladıb ki, AzMİU-da 2022-2023 tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqlar fevralın 16-dan başlayıb. Prorektorun sözlərinə görə, dərs cədvəlləri elektron formada tərtib olunub dekanlıqlara, kafedralara göndərilib, həmçinin tələbələrin şəxsi kabinetində yerləşdirilib: "Yaz semestrində verilən tapşırıqlar üçün konkret zamanın müəyyənləşdirilməsi və göstərilən zaman müddətində tapşırıqların icrasına nəzarət gücləndirilib. Bu semestrdə 1039 tələbə alt dərsə yazılıb". A.Qasımov bildirib ki, fənlərin imtahan formaları fakültələrlə birgə müəyyənləşdirilib və ixtisas fənləri istisna olmaqla digər fənlərin attestasiyasının test formasında aparılmasına üstünlük verilib: "437 fəndən 154 fənn (35%) yazılı, 256 fənn (59%) imtahanlarının test üsulu ilə və 27 fənn (6%) imtahanlarının isə fakültədə keçirilməsi planlaşdırılıb. Bu tədris semestrində I kurslarda aylıq aralıq imtahanlar mərkəzləşmiş formada test üsulu ilə keçirilməsi davam edəcəkdir. Artıq bütün fənlərdən testlər test mərkəzinə göndərilib".