Yıxılanda əlimdən tutan olmadı mənim,
Dost sandığım insanlar üz çevirib, getdilər.
Məni Allah qaldırdı yıxıldığım o yerdən,
" Necə oldu bu qalxdı ?" deyə qeybət etdilər.
Səbr elədim, dirəndim əzaba, çətinliyə,
Nə zamankı ümid də qalmamışdı sabaha.
Mən insana əl açıb demədim ki, yardım et,
Yardımçün əl uzatdım xilaskarım Allaha.
İndi həmin insanlar yıxılıblar özləri,
Mən nə çəkdim çəkirlər,mən kənardan baxıram.
Məni tək buraxdılar ağır, çətin anımda,
Mən onları Allahla təkbətək buraxıram.
Elçin Rəhimzadə