Zurabişvili Avropadan kömək istədi

Gürcüstandakı vəziyyətlə bağlı Avropa paytaxtlarından sərt reaksiya gözləyirəm.

Sozcu.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili sosial şəbəkələrdə yazıb.

“Səhər saat 6:30-a olan məlumata görə, Tiflisin mərkəzində etiraz və repressiyalar hələ də davam edir. Hədəflər jurnalistlər və siyasi liderlərdir”, - o bildirib.

Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini bildirib. Bunun ardınca müxalifət Tiflisdə geniş aksiyalara başlayıb. Aksiyaya Prezident Zurabişvili də qatılıb və ölkədə konstitusion çevriliş baş verdiyini iddia edib.

Share on Facebook