Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Sozcu.az xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda baş verib.
VAZ 21099 markalı minik maşını ilə "Rənc Rover" markalı maşın toqquşub. Nəticədə VAZ-ın sürücüsü Azər Abdullazadə həyatını itirib.
Rayon polis şöbəsinin əməkdaşları araşdırma aparır.
