Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Nova Kaxovka Su Elektrik Stansiyasını bombalaması ilə əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirib.
Sozcu.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
"Kaxovka su anbarından su ilə təmin olunan bütün şəhər və kəndlərin riskli ərazilərdən köçürülməsi və içməli su ilə təmin olunması tapşırılıb. İnsanları xilas etmək üçün bütün xidmətlər, hərbçilər, hökumət, Prezident Ofisi iştirak edir", - deyə qeyd olunub.
"Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Rusiyanın bu terror aktına görə məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq və təhlükəsizlik tədbirləri kompleksi razılaşdırılıb", - məlumatda deyilir.